Icma.az
close
up
RU
Dəbdə olan... qurdlar

Dəbdə olan... qurdlar

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Digər yoluxucu xəstəliklər kimi, qurd xəstəlikləri də artmaqdadır.

Əvvələr də uşaqlarda qurd xəstəliklərinə rast gəlinirdi və hər kəs bir dəfə müalicə olunmaqla canını qurtarırdı. İndi isə əksinə nedənsə ildə bir neçə dəfə müalicə almaq lazım gəlir.

Qurdların sevdiyi qidalar və sevdiyi şərait var. Ona görə də onların sevdikləri  şərait özümüzdə  yaratmamalıyıq. Hətta bu barədə məşhur alim Bauman da deyib: “Əsas qurd deyil, qurd üçün yaradılan şəraitdir”. İndi elmi-texniki tərəqqi nəticəsində daha rahat müalicə üsulları var, amma qurd xəstəlikləri artır, qurdlar üçün şərait də yaradılır. İş o yerə gəlib çatıb ki, bəzən əlaməti qurd olmayan xəstəliyi belə qurdun yaratdığını iddia edirlər. Birinin dərisi avazıyır, rəngi qaçır, narahat olur, saçı tökülür, öskürür və s. Aidiyyəti olmayan həmin əlamətləri qurd xəstəliklərinin boynuna yıxırlar.

Azərbaycan qurd xəstəliklərinin geniş yayıldığı məkan deyil. Qurdun əlamətlərinə gəldikdə;  kiminsə hansısa üzvündə problem varsa, qurd bir parazit olaraq şərikli fəaliyyət göstərdiyi üçün həmin problemi sürətləndirir - saç tökülürdüsə onu artırır, bağırsaq problemi vardısa sürətləndirir, əlavə olaraq arıqladır, ağızdan qoxu gəlir, qəbizlik və ya ishal olur, qanı aşağı olur, halsızlıq, iştahsızlıq və yorğunluq baş verir.

Bəzən həmin əlamətlərə rast gəlinməsə də, qurd olur, çünki xroniki vəziyyətə keçəndən sonra, yəni orqanizmlə neçə ay ərzində "dost" olduqdan sonra da əlamətini büruzə vermir. Bəs onu nə vaxt və necə bilmək olar? Orqanizmdə başqa xəstəlik varsa, xəstəlik gec sağalır və ya düzəlmirsə, həmin xroniki prosesi yaradan qurd xəstəliyi, infeksion xəstəlik və ya göbələk olduğunu üzə çıxarmaq lazımdır.

Ən çox rast gəlinən parazitlər - askarid, bizquyruq, tükbaş qurd, giardia lyambliya (ibtidai parazitdir), it askaridi, blastosistlər, enli lentcə, öküz soliteri, bəzən ona el arasında “kəpənək qurdu” da deyilir, exinokkok və s. İxtisasca  parazitoloq olan bir həkimin dediyi kimi, Afrika və Asiya qitəsinin bir çox ölkələrində həmin parazitlərin 10 qatı var, amma o ərazilərdə heç bu qədər həyəcan yaradacaq şüarlar səslənmir və dəbə düşmür.

Qurd xəstəliklərini düzgün müalicə edəndən sonra xəstə sağalır. Müalicə zamanı gərək  xəstə də xəstəliyin nə olduğunu anlasın. Parazit qurdların əksəriyyəti bağırsaqda yaşadığına görə ilk növbədə nəcisi müayinə etmək lazımdır. Nəcis ilk növbədə qısa zamanda laboratoriyaya təhvil verilməlidir. Əksər infeksion xəstəliklər kimi, qurd xəstəliklərini keçirənlərdə xroniki formada immun yaddaşında qalır. Bunun üçün qanda İgG yoxlanılır.

Əslində qanın ümumi analizində eozinofillərin miqdarının yüksək olması da qurd xəstəliyinin tədqiqinə kömək edir. Lakin kəskin mərhələ üçün nəcis və qanda İgM analizləri əsasdır.

Bizquyruq qurdda isə sellofan bant metodu ilə bütün laboratoriyalarda baxılması mümkün olan müayinə metodurur. Bəzən bir orqanizmdə bir neçə qurd yaşaya bilər və bu zaman onların hamısının təmizlənməsinə uyğun istiqamət seçmək lazımdır.

Müalicə zamanı əvvəlcə orqanizmi hazırlamaq lazımdır, yoxsa  5-6 dərmanı birdən başlayıb orqanizmi zəiflətmək olmaz. Qədim təbabətdə qurdlarla mübarizə üçün müxtəlif təbii vasitələrdən istifadə edilirdi və xəstə sağalırdı. Belə xalq təbabəti vasitələri arasında:

- 10 qr adi dağ tərxunu, 5 qr acı yovşan, 5 qr qozağacı tumurcuğu, 5 qr pişikotu, 5 qr işlədici murdarça meyvəsi, 300 ml də dəmlənib 100 ml 3 dəfə yeməkdən sonra qəbul edilir.

- 300 qr təmizlənmiş balqabaq tumları əzilir, alınan sıyıq bankaya tökülür, üzərinə 1\4 stəkan su və 100 qr bal əlavə edilərək qarışdırılır, səhərlər 1 saat ərzində az-az yeyilir, 3 saat sonra işlədici dərman qəbul edilir.

- 50 qr çörəkotu toxumu 50, 80 qr andız, 100 qr balqabaq toxum, 10 qr mixək toz halına salınıb 500 qr bala qarışdırılır və yaşından asılı olaraq 1 çay qaşığı və ya xörək qaşığı  yeyilir.

Bu sıranı uzatmaq olar, amma əsas nəyi müalicə etməmiz önəmlidir.

Müəllif: Elnur Rəhimov

Avropa və Türkiyə Fitoterapiya Cəmiyyətinin üzvü, dərman bitkiləri üzrə elmi işçi, fitoterapevt.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Oktyabr 2026 01:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see348

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see316

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see300

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see243

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see238

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see238

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see217

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see202

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see195

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see190

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see189

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see184

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see180

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see178

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see175

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see171

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see166

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see161

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see148

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri