Goranboyda icra başçısı şəhid övladları ilə görüşdü FOTOLAR
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə şəhidlərimizin azyaşlı övladları ilə görüşdü.
"Unikal" xəbər verir ki, rayon rəhbəri uşaqları bayram münasibətilə təbrik edərək onlara xoşbəxt və firavan gələcək arzuladı. Bildirdi ki, şəhid ailələri və onların övladları daim dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. İcra başçısı səmimi söhbət zamanı uşaqların qayğıları ilə maraqlandı. Görüşdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsinin və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar ittifaqı Goranboy rayon komitəsinin dəstəyi ilə uşaqlara bayram hədiyyələri təqdim edildi. Tədbirdə çıxış edən valideynlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 01 İyun 2026 21:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















