Icma.az
close
up
RU
Dəclə çayı yox olmaq təhlükəsi ilə üz üzədir

Dəclə çayı yox olmaq təhlükəsi ilə üz üzədir

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İraqın məşhur Dəclə çayı ciddi şəkildə çirklənib və qurumaq təhlükəsi ilə üzləşib.

"Ölkə.az" xəbər verir ki, çayı xilas etmək üçün təcili tədbirlər görülməsə, onun sahillərində yaşayan qədim icmaların həyatı kökündən dəyişəcək.

Dəclə Mesopotamiyadan başlayan iki məşhur çaydan biridir. Bu gün Dəclənin suları suvarma, nəqliyyat, sənaye, elektrik enerjisi istehsalı və hövzəsində yaşayan təxminən 18 milyon iraqlının içməli su təchizatı üçün istifadə olunur.

İraqın cənubundakı Amara şəhərində, çayın sahilində yaşayan mandeili dini lider Şeyx Nidham bildirib: “Su olmasa, həyat da olmaz”. Bu barədə “The Guardian” qəzeti yazır.

Mandeililər dünyanın ən qədim qnostik dinlərindən birinin tərəfdarlarıdır. Cənubi İraq min ildən çoxdur ki, onların vətənidir, xüsusən də Maysan əyaləti. Əyalət paytaxtı Amara Dəclənin sahilində yerləşir. Su onların inancında mühüm rol oynayır və həyatdakı hər bir vacib hadisə ritual təmizlənmə tələb edir. Nikah mərasimləri suda başlayır və ölümdən əvvəl mandeililəri son təmizlənmə üçün çaya aparmaq lazımdır.

Çayın vəziyyəti artıq on illərdir pisləşir. Təmizləmə qurğularının dağıdılmasından sonra çirkab suları su anbarlarına sızmağa başladı. İllərdir davam edən sanksiyalar və münaqişələr infrastrukturun heç vaxt tam bərpa olunmamasına səbəb oldu. Bu gün İraqın cənub və mərkəzi hissəsindəki şəhər ev təsərrüfatlarının yalnız 30%-i təmizləyici qurğulara qoşulub. Kənd yerlərində bu göstərici 1,7%-ə düşür.

Məişət tullantıları ilə yanaşı, çaya kənd təsərrüfatı axıntılarında, tibbi tullantılarda və neft sektoru da daxil olmaqla sənaye tullantılarında olan kimyəvi gübrələr və pestisidlər atılır. 2022-ci ildə aparılan araşdırma göstərib ki, Bağdaddakı bir çox sahələrdə suyun keyfiyyəti “pis” və ya “çox pis” kimi qiymətləndirilib. 2018-ci ildə cənubdakı Bəsrə şəhərində ən azı 118 min insan çirklənmiş su içdikdən sonra xəstəxanaya yerləşdirilib.

Dəclə çayının həcmi də kəskin şəkildə azalıb. İraqda, xüsusən də ölkənin səth sularının ən azı 85%-ni istehlak edən kənd təsərrüfatında su çox vaxt həddindən artıq istifadə olunur.

İqlim böhranı ciddi zərər vurur. İraqda yağıntıların 30% azalması qeydə alınıb və ölkə, demək olar ki, yüz ildə ən güclü quraqlığı yaşayır. 2035-ci ilə qədər şirin suya tələbatın təklifi üstələyəcəyi gözlənilir. Bu yay Dəclə çayının səviyyəsi o qədər aşağı olub ki, insanlar onu asanlıqla piyada keçə biliblər.(Azərtac)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 Dekabr 2025 02:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri