Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Dədə ozanların ustad davamçısı

Dədə ozanların ustad davamçısı

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Mikayıl Azaflı – 100

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Mikayıl Azaflının 100 illik yubileyinə həsr olunmuş “Aşıq sənətində milli-mənəvi dəyərlər” mövzusunda beynəlxalq elmi simpozium keçirilib.

Elmi məclisi giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli qüdrətli söz ustadı Mikayıl Azaflının həyat və yaradıcılığından danışıb, onun Azərbaycanın saz sənətinin tanınması və inkişafındakı əvəzsiz xidmətlərindən bəhs edib. O, “Konstitusiya və Suverenlik İli”ndə keçirilən tədbirin Azərbaycanın tam suverenliyi şəraitində, həm də, ümumilikdə, müstəqillik dövründə Mikayıl Azaflı sənətinin yenidən öyrənilməsi, onun irsinin daha dərindən tədqiq olunması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

AMEA rəhbəri Türk dünyasında aşıq ədəbiyyatının inkişafında Azərbaycanın aparıcı yer tutduğunu söyləyərək qeyd edib ki, qədim zamanlardan bugünədək bütün inkişaf dövrlərində Azərbaycan xalqı özünün Dədə Qorqud, Aşıq Qurbani, Xəstə Qasım, Aşıq Abbas Tufarqanlı, Aşıq Pəri, Aşıq Ələsgər kimi ustad aşıqlarını yetişdirib. Aşıq sənətinin zirvəsi olan Aşıq Ələsgər öz yaradıcılığı ilə bu sənətin böyük ənənələrini layiqincə yaşadıb.

Simpoziumun davamında AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun professoru Qəzənfər Paşayev, Ərzincan Binəli Yıldırım Universitetinin professoru Əli Kafkasyalı və Almaniyadan olan tədqiqatçı aşıq Ozan Şiar Ağdaşanın məruzələri dinlənilib. Natiqlər Mikayıl Azaflı yaradıcılığının Azərbaycan mədəniyyəti üçün əhəmiyyətindən və onun aşıq sənətinə verdiyi töhfələrdən geniş söz açıblar.

Bildirilib ki, Mikayıl Azaflı böyük coşqunluqla yazıb-yaradan, aşıq sənətini inkişaf etdirən, sağlığında klassikləşən ustad aşıq olub. O, aşıq sənətinin kamil bilicisi olmaqla yanaşı, şairlik istedadı ilə də seçilib. Onun şeirlərində həyat fəlsəfəsi özünü bariz şəkildə göstərib.

Folklor İnstitutunun direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev qeyd edib ki, ustad sənətkar folklorumuzun, musiqi mədəniyyətimizin yayılmasında, sevilməsində, dilimizin saf, təmiz, duzlu və şirin olmasında böyük xidmətlər göstərib. O, ustad aşığın keşməkeşli taleyi, qaçaqlıq və zindan həyatının onun yaradıcılığına da təsir etdiyini və ictimai məzmunlu, dövrdən, zamandan şikayət ruhlu şeirlərinin ortaya çıxmasına səbəb olduğunu söyləyib.

Beynəlxalq məclis 8 bölmə iclası ilə davam edib. Müzakirələrə onlayn formatda Türkiyə, Qırğızıstan, Qazaxıstan, Almaniya və digər ölkələrdən 50-dən çox alim və tədqiqatçı qatılıb.

Sonda iştirakçılara Aşıq Mikayıl Azaflı yaradıcılığına həsr olunmuş konsert proqramı təqdim olunub.

T.RÜSTƏMLİ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Mart 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see558

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see298

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see291

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see217

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see217

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see216

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see216

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see208

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see204

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see203

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see203

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see203

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see201

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see199

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see199

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see197

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see196

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see195

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see195

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri