Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Borussiya dan qələbə, Ayntraxt uduzdu

“Dədə Qorqud” jurnalının yeni nömrəsində folklorşünaslığın müasir elmi problemləri tədqiq olunub

“Dədə Qorqud” jurnalının yeni nömrəsində folklorşünaslığın müasir elmi problemləri tədqiq olunub

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunan “Dədə Qorqud” elmi-ədəbi toplusunun 89-cu nömrəsi çapdan çıxıb.

İnstitutdan XQ-yə bildirilib ki, professor Ramazan Qafarlının redaktorluğu ilə ildə dörd dəfə nəşr olunan jurnalın bu nömrəsində maraqlı elmi məqalələr, Azərbaycan folklorundan yeni nümunələr, türk xalqları folklorundan örnəklər və başqa yazılar beş rubrikada öz əksini tapıb.

Toplunun “Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar” rubrikasında Ramazan Qafarlının “Bamsı Beyrək” boyunda semiotik sinergetika: Eko və Dundesin struktur dialektikasının müqayisəsi və “Dədə Qorqud” eposuna tətbiqi” və tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanovanın “Kitabi-Dədə Qorqud” dastanında təsvir edilən ailə tipləri (etnoqrafik araşdırma)” başlıqlı məqalələri oxucuların ixtiyarına verilib.

“Folklorşünaslıq: problemlər, tədqiqlər” bölməsində professorlar Füzuli Bayatın, Ramazan Qafarlının, Asif Hacılının, Ülkər Nəbiyevanın “Müasir dövrdə folklor nəzəriyyəsinin tədqiqat paradiqmaları: nəzəri çərçivə və prioritet istiqamətləri”, “Mifdən mətnə: Bəxtiyar Vahabzadə poeziyasında folklorun semiotik və sinergetik transformasiyası”, “Ahıska türklərinin sürgün folklorunun yaradıcılıq sinkretizmi və janr tipologiyası”, “Novruz – ümumislam mədəniyyəti kontekstində” məqalələri yer alıb. Həmçinin filologiya üzrə fəlsəfə doktoru Xalidə Məmmədovanın “Milli oyanış dövrü mətbuatında folklora baxış: “Əkinçi” qəzetinin mövqeyi”, filologiya üzrə fəlsəfə doktoru, dosent Zümrüd Mənsimovanın “Əcdad kultu kontekstində seyidlik institutu”, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynurə Səfərovanın “Qurbani” dastanının süjet xətti: üç fərqli versiya arasındakı qarşılaşdırma”, filologiya üzrə fəlsəfə doktoru Sevda Qasımovanın “Milli özünəqayıdış dövrü (1960-1990) Azərbaycan ədəbiyyatında nəsr və folklor (Maqsud İbrahimbəyov və Rüstəm İbrahimbəyovun əsərləri əsasında)”başlıqlı məqalələri təqdim olunub. Bundan başqa, Folklor İnstitutunun dissertantı İlahə Əsgərovanın “Milli yaddaş ensiklopediyası: “Qarabağ: folklor da bir tarixdir” çoxcildliyinin I–V cildləri”, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyevanın “Foklorun funksiyaları və onların orta əsrlər Azərbaycan ədəbiyyatına təsiri”, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyevin “Naxçıvanda qışa hazırlıq ənənələri”, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərovanın “Ev simvollarının məna sırası: çadır, otaq, yurd, qəsr, qalaça (Naxçıvan folklor mətnləri əsasında), Folklor İnstitutunun kiçik elmi işçisi Aysel Həsənovanın “Qərbi Azərbaycan mərasim folkloru: ritual poetika, arxetipik sistem və kollektiv yaddaşın sinergetik modeli” adlı məqalələri ilə tanış olmaq mümkündür.

Toplunun “Türk xalqları folkloru” bölməsində professor Almaz Həsənqızının tərcümə edib nəşrə hazırladığı “Koroğlu”nun Türkmən versiyası”, “Azərbaycan folklorundan yeni nümunələr” rubrikasında filologiya üzrə fəlsəfə doktoru, dosent Aynurə Səfərovanın toplayıb yazıya aldığı “Neftçala folklorundan örnəklər”, “Cənubi Azərbaycan folklorundan örnəklər” rubrikasında filologiya üzrə fəlsəfə doktoru Gülcan Gülməzin və filologiya üzrə fəlsəfə doktoru, dosent Cihangir Karininin toplayıb yazıya aldığı folklor nümunləri yer alıb.

Xatırladaq ki, “Index Copernicus” sisteminə daxil olan “Dədə Qorqud” elmi-ədəbi toplusunda işıq üzü görən məqalələr 2023-cü ildən həm də DOI indeksi ilə dərc edilir.

Jurnalın yeni sayı ilə buradan tanış ola bilərsiniz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Yanvar 2026 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see263

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see242

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see230

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see204

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see183

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see174

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see170

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see163

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see162

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see156

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see156

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see155

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see152

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see147

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see143

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see142

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see140

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri