Icma.az
close
up
RU
Dedik güldük, dalaşdıq, indi iş vaxtıdı, Abasov! YAZI

Dedik güldük, dalaşdıq, indi iş vaxtıdı, Abasov! YAZI

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Ötən il oktyabrın 14-də böyük ümidlərlə "Neftçi"nin baş məşqçisi təyin olunan Samir Abasov onu çətin günlərin gözlədiyindən xəbərdar idi. Buna rəğmən, "Sumqayıt"ı paytaxt təmsilçisinə dəyişəndən sonra yetərincə iddialı ifadələr işlətməklə diqqəti çəkdi.

İndiyə qədər arxdan çox su axsa da, dəyişən nəsə yoxdu. Hətta "ağ-qaralar"ın yerində saydığını desək, yanılmarıq. O başqa məsələ ki, bunu hansısa mətbuat konfransında Samir Abasovun üzünə desək, qəbul etməz. Həmin vaxtdakı əhvalından asılı olaraq, ya aqressiv cavab verər, ya da xanımların otağı tərk etməsini istəyər...
Bəs, Samir Abasov geridə qalan aylarda "Neftçi"də hansı uğurlara imza atıb? Qələbələrə göz gəzdirək.
Misli premyer-liqası
10-cu tur: "Neftçi" - "Səbail" 3:1
14-cü tur: "Neftçi" - "Zirə" 2:1
17-ci tur: "Neftçi" - "Kəpəz" 2:1
21-ci tur: "Neftçi" - "Şamaxı 1:0
22-ci tur: "Zirə" - "Neftçi" 1:2
24-cü tur: "Neftçi" - "Sumqayıt" 1:0
27-ci tur: "Səbail" - "Neftçi" 1:2
Ölkə kuboku
1/8 final: "Neftçi" - "Difai" 6:0
1/4 final, ilk oyun: "Kəpəz" - "Neftçi" 0:2
1/4 final, cavab oyunu: "Neftçi" - "Kəpəz" 1:0
Fikir verin, elitada "dişə vurulası" qələbələr yalnız "Zirə" üzərində qazanılıb. Qalan qələbələrdə rəqiblər premyer-liqada qalmaq uğrunda mübarizə aparan komandalar olub. "Səbail" mövsümün ən uğursuzu, "Kəpəz" isə premyer-liqanın ən kasıbıdı. Paytaxt təmsilçisi "Sumqayıt"ı yenəndə "kimyaçılar" 7 oyun idi ki, nə qol vura bilirdi, nə də qələbə qazana. "Şamaxı" isə 1-ci liqanın ötənilki çempionudu. Büdcəsi zəif, heyəti kasaddı. Qısası, bu qələbələrdə rəqibin durumunun payı daha çoxdu, nəinki Samir Abasovun əl işinin.
Ölkə kubokundakı vəziyyət də ürəkaçan deyil. Əvvəlki mərhələlərdə 1-ci liqanın və premyer-liqanın autsayderlərini məğlub edən "Neftçi" evdə "Sabah"a uduzmaqla finala vəsiqə qazanmaq şansını xeyli azaltdı. Baş hakim Əliyar Ağayevin məlum səhvi olmasaydı, 1:2 yox, 1:3 hesabıyla da uduza bilərdi. Bunlar öz yerində. Samir Abasov ciddi uğurlarla yadda qalmayıbsa, bəs nə ilə gündəmdə olub? Xatırlayın.
1. "Əsl "Neftçi"ni martın 22-də görəcəyik".
2. "Martın 22-si dedim, amma hansı il olduğunu demədim".
3. "İstefa verməliyəmmi, sizcə?"

İlk iki sitat jurnalistlərlə baş məşqçinin deyib-gülməsinə əsaslanırsa, sonuncu bir neçə gün ölkə gündəmini zəbt edən məlum söz davasının başlanğıc nöqtəsidi.
İndi "Neftçi"nin həm çempionat yoluyla, həm də kubok yoluyla avrokuboklara yollanmaq şansı qalıb. Amma çox cüzi. Sadəcə, Samir Abasov və komandası ən kiçik fürsətlərdən belə maksimum yararlanmalıdı. Bundan sonra yuxarıda qeyd olunanlarla xatırlanmaq əvəzinə daha ciddi uğurlar qazanmalıdı ki, yenidən bu məsələlərə qayıtmayaq.
KƏNAN BAHADIR

P.S. Ümid edək ki, "Neftçi" hansısa uğur qazansa, bu, hakim qərarları üzündən olmayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Aprel 2025 00:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri