Icma.az
close
up
RU
Abasov daha nədən narazıdı?

Abasov daha nədən narazıdı?

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Neftçi”nin baş məşqçisi Samir Abasov son vaxtlar hakimlərdən çox narazılıq edirdi.

İş o yerə gəlib çatdı ki, Samir bəy “Kəpəz”lə kubok oyunundan sonra “VAR-ı futboldan rədd etmək lazımdı” deməyə də cürət etdi. Amma onun hakimlərimizdən narazılığı bununla da bitmədi. Ondan sonra az qala hər oyundan sonra Abasov ədalət təmsilçilərinin ünvanına deyinməyə, narazılıq etməyə davam etdi. Bəzən üstüörtülü, bəzən də üstüaçıq. Onun belə davranışı bir qədər də vəfazılıq elementləri ilə zəngin idi. Çünki ötən mövsüm Samir Abasov “Sumqayıt”da çalışarkən elə həmin hakimlər onun komandasının “yanındaydı”. “Qara paltarlı adamlar” əllərindən gələni etdilər ki, “Sumqayıt” Azərbaycanı avrokuboklarda təmsil etsin, Konfrans Liqasında iştirak etməyə vəsiqə verən yerlərdən birini tutsun. Bunun üçün hətta ölkənin ən qocaman klubu sayılan “Neftçi”nin başına oyun açmaqdan belə çəkinmədilər.
Biz həmin vaxt da bunları görürdük və yazmaqdan çəkinmirdik. Bir az da uzaqlara boylananda azərbaycanlı hakimlərin Samir Abasova daha böyük xidmətlər göstərdiyini görərik. Elə “Neftçi”nin sonuncu çempionluğunu qazandığı oyunu xatırlayaq. Hansı ki, həmin o çempionluq Samir Abasovun “şəxsi işi”nə qızıl hərflərlə yazılıb, onun haqqında danışılanda ilk yada düşən məhz qızıl medallar olur. Həmin qızıl medalları Mərdəkandakı həlledici oyunda FİFA referisi Elçin Məsiyev az qala zorla “Qarabağ”ın futbolçularının boynundan çıxarıb “Neftçi”nin futbolçularına verdi. Detallara varmağa, ayrı-ayrı epizodlar üzərində çox dayanmağa ehtiyac görmürəm. Hər halda, bizim yaddaşımız o qədər də korlanmayıb.
Kim bilir, bəlkə də hansısa “gizli əl” ona bu xidməti göstərməyi özünə borc bilir. Çünki “Neftçi”nin baş məşqçisi bu mövsüm bir neçə dəfə hakimlər, VAR sistemi ilə bağlı sərt açıqlamalar versə də, AFFA İntizam Komitəsi nəinki onu cəzalandırıb, heç xəbərdarlıq etməyi də lazım bilməyib. Özü də Samir Abasovun “vəfasızlığına” rəğmən, hakimlərimiz onun komandasından köməyini əsirgəmir.
“Sabah”la ölkə kubokunun yarımfinalının ilk qarşılaşmasında yaşananları hamı gördü. Yuri Matias az qalmışdı ki, Coy-Lens Mikelsin ayağını yerindən qoparsın. Həmin epizodda VAR hakimləri meydandakı həmkarlarına kömək edib, ədalətin bərpasına çalışmadılar. Belədə “Neftçi”nin də qapısına penalti təyin olunmadı. Penalti o qədər açıq-aşkar idi ki, sonradan Hakimlər Komitəsinin sədri Frank De Blekere də “hücumçunun ayağına təmas aşkar şəkildə görünür. Buna görə də biz penalti və VAR müdaxiləsini gözləyirdik” açıqlamasını verməyə məcbur oldu.
Həmin o penaltini verməyən ədalət təmsilçiləri Şamaxıda “Neftçi”nin könlünü yenidən xoş etdilər. Filip Ozobiçin “Şamaxı”nın cərimə meydançasında yüngül toxunuşla yerdə qalmasını Fərid Hacıyev penalti təyin etməyə əsas verən qayda pozuntusu kimi qiymətləndirdi. Penaltini qəribə vuruşla qapıdan keçirən Ramil Şeydayev də uzun fasilədən sonra hücumçu olduğunu xatırladıb, adını tabloya qol müəllifi kimi yazdırmağı bacardı.
Xoşbəxtlik üçün bundan artıq nə lazımdı?! Ümid edirəm ki, bundan sonra Samir bəy hakimlərdən də, hücumçusundan da razı qalacaq. Narazı olmaq üçün səbəb yoxdu.
AMAL

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Aprel 2025 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see431

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see302

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see277

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see251

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see235

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see226

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see221

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see217

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see214

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see202

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see194

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see193

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see192

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see191

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see185

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see185

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see184

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see183

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri