Dedilər ki, ödəniş olunmadığı üçün uşaqları İspaniyada saxlaya bilməyəcəklər Adnan Əhmədzadənin həbsi ilə bağlı yaranmış durum
Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İş adamı Adnan Əhmədzadənin həbs olunmasından sonra İspaniyanın "Marset" klubunda futbolun sirlərinə yiyələnən azərbaycanlı uşaqlarla bağlı vəziyyət qeyri-müəyyən qalıb. Layihə ASTA şirkəti tərəfindən həyata keçirilsə də, maliyyələşməni Əhmədzadə təmin edirdi.
Durumun nə yerdə olmasını öyrənmək üçün idman jurnalisti Mərdan Həsənovla əlaqə saxladıq. Mərdan bəyin oğlu Kamil Həsənov da bir ildir ki, "Marset"in sıralarına cəlb olunub. Lakin sportalaz saytına açıqlama verən həmkarımız oğlunun artıq Bakıya döndüyünü deyib:
"Mənim oğlum və onun bir qrup həmyaşıdları 2024-cü ilin sentyabr ayında həm futbol oynamaq, həm də təhsil almaq üçün İspaniyanın Barselona şəhərində yerləşən "Marset" akademiyasına yollanıb. Hər şey gözəl, hər şey əla idi. Ta ki, məlum hadisəyə qədər. Son yaşananlardan sonra bizə dedilər ki, ödəniş olmadığı üçün uşaqları İspaniyada saxlaya bilməyəcəklər. ASTA rəhbərliyindən də, hesablarının dondurulduğu üçün ödəniş etməklərinin mümkün olmadığını dedilər bizə.
Bildiyim qədərilə toplam 32 uşaqdan cəmi 5-6 nəfəri saxlayıblar. Həmin uşaqlar 2023-cü ildən "Marset"də olanlardır. Amma onları da deyəsən, yanvar ayına qədər saxlayacaqlar.
Kamil və onun bəzi komanda yoldaşları, yəni 2009-cu il təvəllüdlü uşaqlar bu hadisələr baş verəndə millinin heyətində idilər. Onlar milli ilə birlikdə Fransadan ölkəmizə gəliblər, İspaniyaya qayıtmayıblar.
Mən öz adımdan ASTA rəhbərliyinə təşəkkür etmık istəyirəm ki, uşaqlarımız üçün belə fürsət yaratmışdılar. Oradakı uşaqların 70-80 faizi milli üzvləri olduğu üçün AFFA-nın və Gənclər və İdman nazirliyinin bu məsələyə müdaxilə etməsini gözləyirəm. Xahiş edirəm ki, uşaqlarımızın "Marset"ə qayıdıb futbolla məşğul olmasına kömək etsinlər".
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 28 Oktyabr 2025 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















