Icma.az
close
up
RU
Mingəçevir regionun ən böyük Universitet Sənaye Birliyi Sammitinə ev sahibliyi edib KONKRET

Mingəçevir regionun ən böyük Universitet Sənaye Birliyi Sammitinə ev sahibliyi edib KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

2025-ci ilin 24 oktyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU), HBN Group” və Azərbaycan–Türkiyə İş Adamları Birliyi (ATİB) və “təşkilatçılığı ilə “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025” uğurla keçirilib. Tədbirin əsas tərəfdaşı Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), gümüş sponsoru isə “Job in Global” şirkəti olub.

KONKRET.az xəbər verir ki, “Arena Hotel Kür”də baş tutan sammit Azərbaycan Respublikasının dövlət himni, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Bayrağı və universitetin bayrağı tədbir meydanına gətirilməsi və “Zəfər sədası” uşaq xor qrupunun ifasında Xudayar təsnifi səsləndirilməsi ilə başlayıb.

Tədbiri MDU-nun rektoru Anar Eminov açaraq sammitin məqsəd və əhəmiyyətindən danışıb. O, bildirib ki, “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025” ölkənin regionlarında təhsil müəssisələri ilə sənaye subyektləri arasında qarşılıqlı əməkdaşlıq mexanizmlərini gücləndirmək, gənclərin məşğulluq və innovasiya potensialını artırmaq baxımından mühüm addımdır.

Rektor qeyd edib ki, tədbir “Regiondan Qlobala” konsepti əsasında reallaşaraq, Mingəçevirin elm, təhsil və sənaye inteqrasiyası baxımından strateji mərkəzə çevrilməsi istiqamətində əhəmiyyətli mərhələdir. O, vurğulayıb ki, sammitin məqsədi regionlarda universitet–sənaye əməkdaşlığının yeni modelini formalaşdırmaq, startap və innovasiya təşəbbüslərinə dəstək vermək, dövlət və özəl sektorun birgə iştirakını təmin etməklə regional iqtisadi inkişafı sürətləndirməkdir.

A.Eminov bildirib ki, bu sammit çərçivəsində 110 dövlət və özəl müəssisə iştirak edərək, 683 vakansiya, 787 təcrübə proqramı təqdim etmişdir. Bundan əlavə regionlarda olan 85 startap layihəsi münfislər heyəti tərəfindən dəyərləndirilmiş və mükafatlandırılmışdır. Sammitin təkcə əmək bazarının real tələbləri ilə ali təhsilə inteqrasiyası üçün olmadığını diqqətə çatdıran rektor eyni zamanda regionlarda innovativ ekosistemin formalaşması üçün də önəmli bir körpü rolunu oynadığını bildirib. O, çıxışında tədbirin ərsəyə gəlməsində əməyi olan təşkilatçılara, tərəfdaşlara və sponsorlara minnətdarlığını bildirib və onların bu təşəbbüsə verdikləri dəstəyi yüksək qiymətləndirib.

Tədbirdə təhsil müəssisələri, dövlət agentlikləri, maliyyə və istehsal sektorları, ticarət, logistika, konsaltinq, turizm, media və sosial xidmətlər sahələrini təmsil edən qurumlar iştirak ediblər. Rəsmi hissədən sonra sərgiyə baxış keçirilib və tələbələrlə şirkət nümayəndələri arasında fərdi görüşlər təşkil olunub.

Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək belə bir miqyaslı və əhatəli tədbirin Mingəçevirdə keçirilməsini təqdirəlayiq hadisə kimi dəyərləndirib. O, vurğulayıb ki, sammit regionun iqtisadi və sosial inkişafına, eləcə də gənclərin gələcək karyera imkanlarının genişlənməsinə mühüm töhfə verəcək.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Müjdət Həsənov ali təhsil müəssisələrinin sənaye ilə inteqrasiyasının vacibliyini qeyd edərək, belə təşəbbüslərin universitetlərin tətbiqi yönümlü fəaliyyətini gücləndirdiyini vurğulayıb.

“HBN Group ”un icraçı direktoru Tariyel Dövlətov çıxışında sammitin ideya müəlliflərindən biri kimi layihənin reallaşmasının təhsil və biznes sektorları arasında sinerjinin nəticəsi olduğunu bildirib.

ATİB-in sədri Mürsəl Rüstəmov iki qardaş ölkə arasında iqtisadi və akademik əməkdaşlığın dərinləşdirilməsində bu sammitin önəmli platforma olduğunu qeyd edib.

Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədr müavini Ramal Quluzadə gənclərin məşğulluq imkanlarının artırılması baxımından universitet–sənaye əməkdaşlığının strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı isə dövlət və özəl sektorun birgə fəaliyyətinin regional iqtisadiyyatın dayanıqlığına xidmət etdiyini bildirib.

“SmartNation” platformasının təsisçisi Şəbnəm Məmmədova və Azərbaycan HR İnstitutunun direktoru Emil Hüseynov rəqəmsal bacarıqların, innovasiyanın və insan kapitalının inkişafında universitet–şirkət tərəfdaşlığının roluna diqqət çəkiblər.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin üzvü Ramin Cəfərov və 4SİM-in şöbə müdiri Gülminə Məlikzadə çıxışlarında sammitin dövlət-özəl əməkdaşlığına yeni nəfəs gətirdiyini vurğulayıblar.

Tədbirin sonunda MDU ilə DMA, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, ASK, Azərbaycan HR İnstitutu və Proqress Təlim və Tədris Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu memorandumlar gələcəkdə birgə layihələrin, təcrübə proqramlarının və elmi-tədqiqat təşəbbüslərinin həyata keçirilməsini nəzərdə tutur.

Sammit çərçivəsində keçirilən “UniStartup” müsabiqəsində 85 startap layihəsi təqdim olunub. MDU və digər region universitetlərinin tələbə və magistrant komandalarının hazırladığı layihələr “SmartNation”, “HTEC-Invest”, Rəqəmsal İnkişaf Agentliyi və “Synergy Consulting”in ekspertləri tərəfindən qiymətləndirilib.

Yekunda Gəncə şəhərindən olan “Tura” komandası I yerdə, “Agrosphera” komandası II yerdə, MDU-nun “Skydog” komandası III yerdə qərarlaşıb. Həvəsləndirici yerlərdə isə “Clinical-MDU”, “Termal ATU” və “Aqrotank-AQRAR” komandaları qərarlaşıb. Qalib komandalar pul mükafatı və hədiyyələrlə təltif ediliblər.

Bundan əlavə, sammitdə “Mutfakçı” şirkətinin rəhbəri İlkin Manafov və “Resource HUB” MMC-nin direktoru Gülnarə İsmayılova tərəfindən master-klass təqdimatları keçirilib.

Tədbirin sonunda sammitin ərsəyə gəlməsində və təşkilində fəallıq göstərənlər Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tərəfindən təşəkkürnamələrlə təltif olunublar.

Sammit “Zəfər sədası” uşaq xor qrupuna müxtəlif şirkətlər tərəfindən hədiyyələrin təqdim edilməsi ilə başa çatıb. Tədbirdə Mingəçevir və ətraf regionlardan olan tələbə, magistrant, məzun və işaxtaran gənclər iştirak ediblər.

Sammit iştirakçıları regionlarda innovasiya potensialının artırılması, universitet–sənaye əməkdaşlığının möhkəmləndirilməsi və gənclərin rəqəmsal bacarıqlarının inkişafı istiqamətində fikir mübadiləsi aparıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 Oktyabr 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see318

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see217

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see198

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see175

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see166

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see161

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see144

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see136

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri