Icma.az
close
up
RU
Dedilər, o şiş məni kor və kar edəcək” Dəli Kür ün Mələyi danışdı

Dedilər, o şiş məni kor və kar edəcək” Dəli Kür ün Mələyi danışdı

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Burnumda şiş var idi. Tehrana gedib əməliyyatla götürtdüm. Hələ də müalicə alıram”.

Bunu Musavat.com-a açıqlamasında əməkdar artist Zemfira Sadıqova deyib.

O bildirib ki, illərdir ki, Tehrana gedib müalicə alır və dərmanlarını da elə oradan gətirir:

"Ürəyimdə də problemlər olur, döyüntülər normaya uyğun gəlmir. Bu səfər isə burnumun sağ hissəsində olan şişə görə İrana getmişdim. Çünki vəziyyətim artıq kritik həddə çatmışdı. Həmin şişi götüzdürməsəydim, gözüm kor, qulağım da kar ola bilərdi. Allah heç kəsə belə dərd verməsin”.

Aktrisa bildirib ki, evdə darıxmır: " Planşet vaxsitəsi ilə dünyada baş verən bütün xəbərləri izləyirəm. Çox maraqlı xəbərləri oxuyuram, heç darıxmıram. Məmnuniyyətlə filmə çəkilərdim. Seriallara isə çəkilmək istəmirəm. Orada xaosdur. Bir də gördün deyirlər ki, bu mətni dəyiş, o biri mətni yenidən öyrən. Mən isə bunu qəbul etmirəm, belə bir iş görmək qeyri-peşəkarlıqdır. Lakin məzmunlu filmlərə çəkilməyi çox arzulayıram. Bir aktrisa üçün filmə çəkilmək susamış gülə su vermək deməkdir. 85 yaşım var, heç olmasa maarqlı bir obraz yaradım. Məni həyata yeni film, obraz qaytara bilər. Çəkildiklərim içərisində daha çox "Dmitrov küçəsi 86” və "Dantenin yubileyi” filmlərini çox yüksək qiymətləndirirəm”.

Z. Sadıqova gənc və gözəl qalmasından da danışıb: ”Mən üzümə heç krem də vurmuram. Adam içinə çıxanda çox az kosmetikadan istifadə edirəm. Cavan qalmaq bizdə genetikdir. Anam və bacım da yaşlarından xeyli cavan görünürdülər”.

Qeyd edək ki, Zemfira xanım milli kinomuza bir çox uğurlu obrazlar bəxş edib. Ancaq onu hər kəs daha çox "Dəli Kür”ün Mələyi və nəhəng aktyor, Teymurləng, Qurd Cəbrayıl kimi rolların ifaçısı, mərhum Xalq artisti Yusif Vəliyevin həyat yoldaşı kimi tanıyır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 Fevral 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri