Icma.az
close
up
RU
Əlisəmid Kür ün xatirəsinə…

Əlisəmid Kür ün xatirəsinə…

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Bu gün Əlisəmid Kür’ü ədəbiyyatımızın qızılı səhifələri içində itirdik.

Hərflərə qarışdı. Onu tapmaq nə mümkün!

Ağrı adamı idi.Ruhu şad olsun.

Oxumuşdun hə?!

Şeirlərini əzbər bilirdim. Necə də gözəl yazırdı.

Hə. O gözəl yazırdı,mən isə ağrı oxuyurdum. Bir günə kimi. Bir dəfə bir şeirini oxudum o vaxtdan sonra onu daha oxumadım.Şeirlərindən gizlənməyə başladım.Cəmi iki dəfə qarşılaşmışdıq.Üzündəki cizgilər mənə ağır gəlmişdi.Cəsarətim çatıb söhbət etməmişdim.Elə salam verib hövlnak getmişdim.

– Səbəb?! Niyə? Hansı şeir?

+ Şeiri ən sonda deyəcəm. Bir az məndən danışım.

(Gözlərini bir nöqtəyə zilləyib danışmağa başladı)

“Yaxşı xatırlayıram.Gözlərim yaddaşımın vərəqlərinə boylandıqca itirdiyim illərin məsafəsində yolu azıram. Uzaqdan hardansa bir səs eşidirəm.Lap uzaqdan.Səs bir anlıq aydın eşidilir və qırıq səslərlə əvəzlənir,sonra boğuq bir xışıltı gəlir.

Yəqin ki,onlar ilə aramızdakı məsafə 444 km olduğuna görədir.Onların ünü yetmir.Demişdim? 4 mənim simvolik rəqəmimdir. (gülür)

Bilirsən?! Yaxın zamanlar uzun zamanlara çevrildikcə doğmalara yadlaşırsan.Yəqin həmin uzaqlıqlardı, telefonda səslərimizi kəsib doğrayır.Həftələrlə gözləyib uzaq düşdüyün nənənin və digərlərinin səsini eşitmək istəyirsən,onda da xətt kəsilir.Düşün bir,günlərlə xəyalında hansı sualları verəcəyinin monoloqunu qurursan,amma xətlər qarışır.Sözlərin ürəyində tikə-parça olar,səsin düyünlənər.Balaca yaşda bilməzsən- öldü dedikləri şəxs telefonun dəstəyini qaldırıb “Alo..” demək gücünə malik deyil. Düşünərsən ki, bəlkə mənimlə o da danışacaq.

Amma ölənlərin xasiyyətini bilməzsən.Bilməzsən ki,onlar küsür və gedir,gedərkən də susmağı seçirlər.

98,99-2000-ci illəri danışıram.O qədər uzaq bir məsafə… və sonra bir telefon zəngi. “Aloo.. Bakıyla danışırıq?!” Bütün rənglər beləcə bir-birinə qarışar.

Bütün qırıq səslər kimi. ” Alo.. qızım, sənsənmi?Alo..”

Ürəyin nəsə istəyir? Kiminlə danışmaq istəyirsən? Tanıdın?”

Yox, səhv dedim. Tam olaraq belə idi:

“Alo..qızım, sənsənmi? Tanıdın? Eşidirsən? Yaxşısan? Kiminlə danışmaq istəyirsən? Səsini çıxar eşidək bir”.

Həyəcanlanıncan səs itir. Xətlər qarışır və başqa adamlar xoşbəxt dialoqa davam edir. Arada da 444km. Eləbil doğrudan da bir zahı bulud silkələyir telefon xətlərini.Duyduğun səslərin və kəsilən səslərin arasında nitqin quruyur.Qulağın hələ də gözləyir-bəs o ölən şəxs də danışacaqdı? Orada idi? Mənimlə danışmaq sırasını gözləyirdimi?! İçimdə dəli bir bağırmaq boğuram. Az qalıram deyim: – ” Aloo! Səsini çıxart. Səsin yadımdan çıxır. İmkan vermə.” –

İlğım axır yaddaşımın ,ürəyimin, qulağımın özündən. Özü də düz içimə. – “Sözlər də yalanmış, yuxu da yalanmış, fotoşəkillər də! Alo.. Alo!! Ana, məni eşidirsən?!”

Bəlkə də hansısa tərəfdən səs gəlir:”sən məni eşitmirsən qızım! Mən səni görürəm! ”

Bəlkə doğrudan da mən o səsi eşidə bilmirəm sadəcə. Nə isə.. Əlisəmid məndən də yazmışdı o şeirdə. Bütün sirrlərimi bilirdi sanki.

O şeirdən sonra Əlisəmidi oxumadım. Bilirsən? bu gün onun oxumadığım şeirlərinin sayı qədər ağladım.

Telefon zəngi.

-Alo, Bakıyla danışın.

-Al-lo! Qızım, sənsənmi?!

-…

-Al-lo!

…2400 kilometrlik həsrətin içində

Qatar keçdi deyəsən.

Bir zahı bulud

Silkələdi telefon xətlərini.

Yüz saniyəlik sükutun arxasına

Sığdı bir insan ömrü.

-Alo! Alo!!

-A-ta! A-ta!

…Üzün yadımdan çıxır,

İlğım axır dalğa-dalğa

Yaddaşımın dörd olmuş gözündən.

Yuxu da yalanmış, fotoşəkil də yalan…

-Alo! Alo!

-Ata, məni

– Ata, məni eşidirsən?

-Allo, mən səni görürəm, qızım.

Banu Məhərrəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Oktyabr 2025 22:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see450

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see338

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see256

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see247

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see237

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see230

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see218

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see204

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see197

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see191

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see187

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see160

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see160

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri