Dedim, 150 min manat olsun ki... Rəqsanənin nəvəsinə 90 min manatlıq reklam müqaviləsini kim təklif edib?
Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müğənni Aysun İsmayılova açıqlaması ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi qızının reklam siması olması üçün təklif olunan qonorarla bağlı maraqlı detallar paylaşıb.
Aysun İsmayılova bildirib ki, qızının üzünü hələ ictimaiyyətə tam şəkildə göstərmədiyi dövrdə bir neçə şirkətdən reklam təklifləri alıb.
O, qızının reklam siması olması üçün tələb etdiyi qonorar barədə danışıb: "Qızımın hələ üzünü göstərməmişdim. Buna baxmayaraq, bir neçə şirkət reklamla bağlı təkliflər etmişdi. 1 illik müqavilə üçün 90 min manat təklif etdilər. Mən isə bir az daha yüksək məbləğ istədim - 150 min manat. Dedilər ki, il ərzində çəkilişlər olacaq, hər yerə gələcəksiniz, bütün tədbirlərimizdə iştirak edəcəksiniz, sosial şəbəkələrdə paylaşımlar ediləcək. Yəni tələblər heç 90 minlik reklamdan da çox idi. Dedim, 150 min manat olsun ki, maşınımın kreditini bağlayım (gülür)".
Müğənninin bu etirafı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 10 Yanvar 2026 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















