Icma.az
close
up
RU
“Deep Mind”: İnsanın idrak qabiliyyətinə malik süni intellekt modeli yaradılacaq

“Deep Mind”: İnsanın idrak qabiliyyətinə malik süni intellekt modeli yaradılacaq

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 5 avqust, AZƏRTAC

“Deep Mind”ın (“Google” şirkətinin süni intellektlə məşğul olan bölməsi) baş direktoru Demis Hassabis bildirib ki, genişspektrli koqnitiv tapşırıqları yerinə yetirməyə qadir olan Süni Ümumi İntellekt (AGI) yaxın 5-10 il ərzində hazırlanacaq.

AZƏRTAC “The Guardian” nəşrinə istinadla xəbər verir ki, kimya üzrə 2024-cü il Nobel mükafatı laureatı deyib: “Bəlkə qarşıdakı 5-10 il ərzində AGI adlandıra biləcəyimiz bir model olacaq ki, bu da insanın bütün koqnitiv qabiliyyətlərini nümayiş etdirəcək. Biz radikal bolluq dünyasında yaşayacağıq, bir şərtlə ki, bunu dünyada təhlükəsiz və məsuliyyətlə həyata keçirək. Təbii ki, buna öz töhfəmizi verməyə çalışırıq”.

Hassabisin fikrincə, süni intellektin inkişafı inanılmaz məhsuldarlığa və buna görə də cəmiyyətin çiçəklənməsinə səbəb olmalıdır. O qeyd edib: “Əlbəttə, biz ədalətli bölüşdürməni təmin etməliyik, lakin bu, daha çox siyasi məsələdir. Əgər belədirsə, onda bəlkə də bəşər tarixində ilk dəfə özümüzü heyrətamiz bolluq dünyasında tapmalıyıq, burada hər şeyin mütləq sıfır cəmi olması lazım deyil”.

Britaniyalı alim qeyd edib ki, bu halda dünya tibb, nüvə sintezi və riyaziyyat sahələrində böyük irəliləyişlər gözləyə bilər.

Alim qeyd edib ki, süni intellekt inqilabı Sənaye inqilabından 10 dəfə daha sürətli olacaq. O, eyni zamanda, texnoloji tərəqqidən heç də hamının faydalana bilməyəcəyini etiraf edib və bir çox insanın iş yerlərinin itirilməsi ilə nəticələnən Sənaye inqilabını misal çəkib: “Lakin bunun baş verməsini istəməzdik. Əlbəttə, biz zərbələri minimuma endirməyə çalışmalıyıq, lakin dəyişikliklər baş verəcək. Ümid edirəm ki, onlar yaxşılığa doğru olacaq”.

Hassabis 2024-cü il üçün kimya üzrə Nobel mükafatını amerikalı alimlər Devid Beyker və Con Camper ilə birlikdə alıb. Onlar, həmçinin “DeepMind” bazasında “AlphaFold2” adlı süni intellektə əsaslanan modeli inkişaf etdirdiklərinə görə tanınıblar. Bu model insan orqanizmindəki bütün zülalların strukturunu aşkar etməklə yanaşı, həm də sonradan digər canlı orqanizmlərdə kəşf edilən 200 milyondan çox zülalın strukturunu proqnozlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Avqust 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see164

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see161

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see127

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see127

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri