Icma.az
close
up
RU
Süni intellekt hələlik insanın dostudur...

Süni intellekt hələlik insanın dostudur...

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Süni intellekt bəşər övladının həyat və məişətinə sürətlə daxil olur. Yeni, innovativ texnologiyalar təkcə elm və istehsalatda deyil, həyatın digər sahələrində geniş tətbiq olunur. Hər bir yenilik, əlbəttə, birmənalı qarşılanmır, bəzən haqlı-haqsız etirazlara da səbəb olur.

Sözümüzün canı budur ki, süni intellektin inkişafı özü ilə bərabər, bir çox sosial problemləri də ortaya çıxarır. Məsələn, ayrı-ayrı ölkələrdə robotların istifadə dairəsi genişləndikcə, bir sıra ənənəvi peşələrə ehtiyac azalır. Ona görə ki, “avtomat işçilər” artıq bir çox prosesləri həm sürətlə, həm də daha az məsrəflə icra edə bilir.

Amerikanın məşhur “Forbes” jurnalının yazdığına görə, yaxın 5 il ərzində süni intellektə görə planetimizdə nə az, nə çox, düz 300 milyon insan işsiz qala bilər. Bunun səbəbi aydındır: 2030-cu ilədək dünyanın əmək bazarının 25 faizi avtomatlaşdırılacaq.

ABŞ-ın maliyyə naziri Skott Bessentın proqnozuna görə, süni intellekt Birləşmiş Ştatların əmək bazarında rəqabətliyi yüksəldəcək. Ehtimal olunur ki, 2040-cı ilə qədər iş yerlərinin 50-60 faizi avtomatlaşdırılacaq, 2050-ci ildə süni intellekt əmək bazarında tam dominant (80 faiz) mövqe tutacaq.

Ekspertlər, eyni zamanda, hesablayıblar ki, süni intellekt heç də hər yerdə insan əməyini tamamilə əvəz etməyə qadir deyil. Məsələn, güman olunur ki, avtomat maşınlar uzun illərdir yüksək əmək tutumlu peşələr sayılan inşaatçılar, qaynaqçılar, eləcə də xidmət sahəsində çalışanların iş yerlərinin itirmələrinə gətirib çıxaracaq.

Hesablanıb ki, süni intellekt yaxın illər ərzində tibb sahəsindəki ofis işçilərinin 25 faizini əvəz edəcək. Bununla yanaşı, etiraf edək ki, heç bir robotun pasiyentlərə həkimlər qədər ürəyi yanmaz. Axı, fədakar həkimlərin bəzən bir kəlmə təsəllisi, ümidverici sözü yüz həbdən üstün olur!

Bəs təhsil sahəsində vəziyyət necə olacaq? Bu, bir həqiqətdir ki, heç bir robot şagirdi öz övladı qədər sevən, onun mükəmməl təhsil alması üçün can yandıran pedaqoqları əvəz edə bilməz. Bəli, təhsil robotlar üçün “alınmaz qala”ya çevrilə bilər. Hər halda hesablamalara görə, 2040-cı ilə qədər dünyada təhsil sahəsində iş yerlərinin yalnız 10 faizi avtomatlaşdırıla bilər.

Dünyanın çox yerində insanlar süni intellektin geniş tətbiqinin onların iş yerlərini əllərindən ala biləcəyinin fərqindədirlər. ABŞ-dakı “Pew Research” sosial tədqiqatlar mərkəzinin keçirdiyi son sorğulara əsasən, hətta bu super dövlətin vətəndaşlarının 52 faizi iş yerlərinin robotlarla əvəz olunacağı perspektivindən narahat olmağa başlayıblar.

Elə sahələr var ki, orada robotlardan istifadə zəruridir. Məsələn, süni intellektin kəşfiyyatçıların yerinə düşmən arxasında məlumat toplayıb dəqiqi təhlil etməsinin nə ziyanı ola bilər? Müəyyən olunub ki, “kəşfiyyatçı robotlar” düşmənin davranışındakı nümunələri ən qısa zaman kəsiyində müəyyənləşdirə və adekvat addımlar ata bilir.

Süni intellektin faydaları çoxdur, gələcəkdə lap çox olacaq. Onların həyatın bir çox sahələrində yaxın köməkçilərimizə çevrilməsinin şahidi oluruq. Ticarət sahəsində “avtomat işçilər” müştəri məlumatlarını təhlil edə, zəng və SMS göndərə, məsləhət verə və satış edə bilir. Məlumdur ki, “chatbot”lar artıq çoxsaylı müştəri suallarını cavablandıra bilir.

Bir çox mətbu nəşrlər süni intellektin “qələm”indən çıxan xəbər, şərh və məqalələri öz səhifələrində dərc edir. Axı, “robot jurnalistlər” sifariş olunan mətni tərtib, redaktə və hətta tərcümə edə bilir. Fəxrlə deyə bilərik ki, “Xalq qəzeti” olaraq redaksiyamız bir çox mətnlərin emalı və redaktəsi ilə bağlı süni intellektin xidmətlərindən dəfələrlə istifadə edib. Düzdür, bu yazılar oxucuya təqdim edilməzdən əvvəl, qəzetin təcrübəli əməkdaşlarının qayğısı ilə süslənib.

Bu yaxınlarda jurnalistlər “Microsoft"un qurucusu Bill Qeytsdən süni intellektin hansı peşələri tam əvəz edə bilməyəcəyini soruşublar. Onun cavabı belə olub: Bunlar proqram tərtibatçılığı, bioloq və enerji mütəxəssisliyi peşələridir. İzah edib ki, bu sahələr hələ də insan təcrübəsi və müdaxiləsi tələb edəcək.

Sonda bir məqamı da vurğulamaq istərdik. Bu yaxınlarda tanınmış bəstəkar Cavanşir Quliyev televiziya müsahibələrinin birində süni intellektdən söz düşəndə dedi ki, tezliklə robotlar orta və yaxşı səviyyədə musiqilər bəstələyəcək. Hörmətli bəstəkarımıza etiraz etməyə haqqımız yoxdur. Amma heç bir süni intellekt C.Quliyevin “Əsgər marşı”nı yarada bilməz!

M.HACIXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 May 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri