Icma.az
close
up
RU
“Dəfələrlə bələdiyyəyə müraciət etsəm də, istifadəmdə olan torpağın sənədlərini vermədilər”

“Dəfələrlə bələdiyyəyə müraciət etsəm də, istifadəmdə olan torpağın sənədlərini vermədilər”

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakının Məhəmmədi qəsəbəsinin sakini Mehrac Bağırov yaşadığı ərazidə qanunsuz torpaq sahəsi zəbt etməkdə təqsirləndirilərək cəzalandırılıb. Mehrac Bağırov bu ittihamla məhkəmə qarşısına çıxarılıb. Lakin o, özünü təqsirli bilmir.

Bizimyol.info xəbər verir ki, 1974-cü il təvəllüdlü Mehrac Bağırova qarşı Cinayət Məcəlləsinin 188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma) maddəsi ilə ittiham irəli sürülüb.

İttihama əsasən, 2011-ci ildə Məmmədli bələdiyyəsinin qərarı ilə ayrılmış 0, 1105 hektar torpaq sahəsinin ümumi istifadədə olan giriş yolu kimi nəzərdə tutulmuş, kənd bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində özbaşına 63 kvadrat metrlik qaraj inşa edib.

Mehrac Bağırov Abşeron Rayon Məhkəməsində ifadəsində bildirib ki, 2012-ci ildə Məhəmmədi kəndi ərazisində Fərmandan 44 sot torpaq sahəsi alıb. Həmin torpağın 12 sotunun çıxarışı olub. 10 sotuna Aqrar İslahat Komissiyasının sənədi olub. Qalan sahəyə sənəd almaq üçün sənəd alınması üçün bələdiyyəyə dəfələrlə müraciət etsə də, ona sənəd verilməyib. Hazırda da həmin torpaq sahələri faktiki onun istifadəsindədir. Onun sözlərinə görə, Fərmandan torpaq sahəsi alanda orada qaraj formalı yarım tikili olub, həmin tikilinin üstünün şiferlərini yeniləyib. Bununla bağlı bələdiyyə işçiləri gəlib irad bildirəndə həmin vaxt bələdiyyə sədri olan Vaqif adlı şəxsə torpaq sahəsini sənədləşdirmək üçün pul verib. Pulunu geri istəyəndə Vaqif vermədiyinə görə təxminən 2013-cü ildə o da qarajın üstünü bağlayıb. Qarajın umumi sahəsi 63 kvadrat metrdir:

“2024-cü ildə mənim torpaq sahəmin qonşuluğunda torpaq alıb ev tikib satmaqla məşğul olan Rüfət Xalıqov tikdiyi evə yol üçün həmin qarajı sökməyimi istədi. Mən etiraz elədim. Onda Rüfət polisə şikayət elədi. Halbuki qaraj olan torpaq sahəsinin Rüfətə aidiyyəti yoxdur. Rüfət həmin əraziyə gələnə qədər artıq qaraj var idi. Bələdiyyə Rüfətlə əlbir olub mənim qarajımı sökdürmək istəyir. Dəfələrlə bələdiyyəyə müraciət edib qarajın yerləşdiyi torpaq sahəsinə aid sənəd verilməsini istəsəm də rədd cavabı veriblər. İş məhkəməyə verildikdən sonra artıq həmin əraziyə sənəd verilməyəcəyi mənə aydın oldu. Buna görə də, həmin tikilini özüm sökdüm, ərazini bələdiyyə fonduna geri qaytardım. Mənim həmin ərazini qanunsuz zəpd etmək, orada tikinti işi aparmaq kimi niyyətim olmayıb. Bunun üçün mənə şifahi də olsa icazə verilmişdi”.

Mehrac Bağırov əməlində cinayət tərkibi olmadığını bildirərək, ona bəraət verilməsini istəyib. Lakin Abşeron Rayon Məhkəməsinin hökmü ilə ona 1 il müddətinə azadlığım məhdudlaşdırılması cəzası verilib.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 İyul 2025 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see187

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see160

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see156

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see150

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see138

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri