Nağara ifaçısı: Konsertlərdə dəfələrlə çıxış etsəm də, imtahan həyəcanı qaçılmazdır
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 3 iyul, AZƏRTAC
Qabiliyyət imtahanı yüksək səviyyədə təşkil olunub. İmtahan prosesindən razıyam, əldə etdiyim nəticə isə uzunmüddətli hazırlığın bəhrəsidir.
Bu fikri AZƏRTAC-a müsahibəsində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən musiqi istiqaməti üzrə qabiliyyət imtahanının iştirakçısı - nağara ifaçısı Vəfadar Ramizzadə söyləyib. O bildirib ki, nağara ixtisası üzrə keçirilən qabiliyyət imtahanı şəffaf və qaydalara uyğun təşkil olunub.
İmtahanda 9 bal topladığını bildirən ifaçı bu nəticənin arxasında uzun hazırlıq prosesinin dayandığını vurğulayıb.
“Konsertlərdə, böyük səhnələrdə dəfələrlə çıxış etmişik. Amma imtahanda ifa edərkən həyəcan qaçılmaz olur. Düşünürəm ki, bu da müəyyən qədər nəticəyə təsir edə bilər. Bununla belə, qiymətləndirmədən razıyam”, - deyə V. Ramizzadə söyləyib.
O, musiqiyə olan marağının ailədən qaynaqlandığını da diqqətə çatdırıb: “Musiqiçi ailəsində böyümüşəm. Bu sənətə sevgim də elə ailədən gəlir”.
Vəfadar Ramizzadə qeyd edib ki, Şəki şəhərində musiqi məktəbini, daha sonra isə Bakıda Asəf Zeynallı adına Musiqi Kollecini bitirib. O bildirib ki, ali təhsilini də nağara ixtisası üzrə davam etdirmək istəyir və əsas hədəfi Azərbaycan Milli Konservatoriyasına və ya Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 03 İyul 2026 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















