Icma.az
close
up
RU
Dəfnə yarpağının İNANILMAZ FAYDALARI

Dəfnə yarpağının İNANILMAZ FAYDALARI

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dəfnə yarpağı dəfnəkimilər fəsiləsinə aid olan ağacın yarpağıdır. Dəfnə həmişəyaşıl ağacdır və onun vətəni Orta Asiya və Aralıq dənizi ölkələri hesab edilir.

Dəfnə insanların istifadə etdiyi ən qədim və faydalı bitkilərdəndir. Dəfnə yarpaqlarından alınmış efir yağı alkohol içkilərin və konditer məhsullarının hazırlanmasında istifadə olunur.

Dəfnə yarpaqlarından xalq təbabətində, tibbdə, kimya sənayesində geniş istifadə olunur. Ondan sineol və kamforanın hazırlanmasında istifadə edilir.  Qədim zamanlarda Roma imperiyası və Yunanıstanda dəfnə budaqlarından hazırlanmış çələngi müharibədən qalib şəkildə dönən əskərlərin başlarına qoyublar.

Orta əsrlərdə dəfnə xoşkönüllü olmağın simvolu sayılıb və ondan şər qüvvələri qovmaq məqsədilə istifadə edilib. İndi demək olar ki, bütün ölkələrdə dəfnə ağacı yetişdirilir. Türkiyə, Yunanıstan, İtaliya, Fransa, İspaniya, Portuqaliya, Qafqaz ölkələri, Albaniya, Qvatemala və Krım adaları bu ölkələrin sırasında ön yerləri tutur.

Dünyanın ən məşhur aşbazları hətta dəfnə yarpağından pudinqlərin və desertlərin hazırlanması məqsədilə istifadə edib. Dəfnə yarpaqlarından əsasən sousların, marinadların, şorbaların, bulyonların, ət və balıq məhsullarının, turşuların hazırlanması zamanı istifadə edilir.

Dəfnə yarpağının faydalı xüsusiyyətləri

Dəfnə yarpağının qida dəyəri çox yüksəkdir. Onun tərkibində zülallar, yağlar, karbohidratlar, efir yağları, qida lifləri, A, C, PP və B qrup vitaminləri, makro və mikro elementlər( natrium, maqnium, sink, kalium, dəmir, selen, marqanes, fosfor və s.) var.

Müalicəvi və faydalı xüsusiyyətləri

Antik dövrün aşbazları dəfnə yarpağını bütün xəstəlikləri sağaltmaq qabiliyyətinə malik olan bir bitki kimi tanıyıblar. Hippokratın sözlərinə görə dəfnə yarpağı qıcolmalar və onların əmələ gəlməsinə səbəb olan qıcıqlanmaların aradan qalxması üçün faydalıdır. İbn Sina dəfnəni oynaq ağrıları, əsəbi gərginlikləri, boğulmalar zamanı faydalı hesab edib. Onun əlyazmalarında dəfnə toxumları və kökü xolisistit və sidik daşı xəstəlikləri zamanı dərman vasitəsi kimi qeyd edilib. Müasir xalq təbabətində də dəfnə yarpağından istifadə olunur.

Ondan iştahanı artırmaq, həzmi sürətləndirmək, şişkinliyi aradan qaldırmaq, təzyiqi aşağı salmaq, artrit və artrozu sağaltmaq, immuniteti artırmaq, vərəm çöplərini məhv eləmək məqsədilə istifadə edilir. Dəfnə yarpağının dəmləməsi orqanizmə sidikqovucu, antiseptik təsir göstərir. Ondan müxtəlif mazların hazırlanması zamanı istifadə edilir. Ondan soyuqlama, stomatit, əsəb gərginlikləri, amenoreya, ürəkbulanmanın profilaktikası məqsədilə istifadə edilir.

Dəfnə yarpağının dəmləməsi boğaz ağrılarının və boğazda olan iltihabın azalmasına səbəb olur. Dəmləmədən xərçəng xəstəliklərinin müalicəsi zamanı xəstələrə təyin edilir.
Dəfnə yarpağı dəmləməsindən şəkərli diabet xəstələrinin içməsi xəstəliyin əlamətlərini azaldır. Bunun üçün 10 dəfnə yarpağını 750 ml qaynar suda 2-3 saat saxlamaq və gün ərzində 100 ml olmaq şərti ilə içmək lazımdır.

Oynaq ağrıları zamanı 5 qram dəfnə yarpağını 300 qram soyuq suda qaynayana qədər çatdırmaq və 5 dəqiqə qaynadıqdan sonra termosda 4-5 saat saxlamaq lazımdır. Bu dəmləməni gün ərzində az-az içmək oynaq ağrılarının azalmasına səbəb olur. Nəzərinizə çatdırmaq istəyirəm ki, dəmləməi birdəfəyə qəbul eləmək lazım deyil.

Kosmetologiyada

Kosmetologiyada dəfnə dəmləməsindən tonuslandırıcı maskaların hazırlanması zamanı istifadə edilir. Ondan hazırlanmış losyonlar dərinin iltihabı xəstəlikləri( irinli səpgilər, frunkul və s.), piqment ləkələri zamanı çox faydalıdır. Ev şəraitində losyon hazırlamaq üçün 25 dəfnə yarpağını yarım stəkan qaynar suda 5 dəqiqə qaynadılır və 4 saat saxlanılır. Sonra dəmləmə süzülür üz və boyun dərisinə sürülür.

Dəfnə yarpağının zərərli xüsusiyyətləri

Aşağıdakı hallarda dəfnə yarpağından çox istifadə eləmək olmaz:

- hamiləlik, uşaqəmizdirmə və klimaks dövründə

- kəskin qaraciyər, böyrək və ürək-damar xəstəlikləri zamanı

- kəskin mədə və onikibarmaq yarası xəstəliyində

- allergiya zamanı. / Milli.az

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri