Icma.az
close
up
RU
Dehli Azərbaycanın üzvlüyünü blokladı Qərarın arxasındakı gizli əl ...

Dehli Azərbaycanın üzvlüyünü blokladı Qərarın arxasındakı gizli əl ...

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlük müraciəti ətrafında gərginlik yaşanır. Məlumata görə, Hindistan Bakının təşəbbüsünü bloklayıb. Bu qərarın əsas səbəbi kimi rəsmi Bakının Pakistanla münasibətləri göstərilir. Digər tərəfdən, prosesdə Rusiyanın da rol oynadığı ehtimal olunur.

Azərbaycanın ŞƏT-ə tamhüquqlu üzvlüyünün qarşısının alınması regiondakı güc balansına necə təsir göstərər? Bu bloklamada Kremlin əli varmı?

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Hindistan artıq ikinci dəfədir, ölkəmizin ŞƏT üzvlüyü ilə bağlı təşəbbüsünü bloklayır:

“Dehli Azərbaycanın Kəşmir məsələsində Pakistanın mövqeyini müdafiə etməsini və son hərbi qarşıdurmada siyasi və mənəvi olaraq Pakistanı dəstəkləməsini həzm edə bilmir. Əslində, bu qərar Hindistanın uzaqgörən olmayan siyasətinin göstəricisidir. Çünki Hindistan belə qərar verməklə ŞƏT-in ümumi maraqlarına zərbə vurur.

Birincisi ona görə ki, Cənubi Qafqazın lideri olan bir ölkənin təşkilata üzvlüyü ŞƏT, o cümlədən Hindistanın özü üçün əlavə imkanlar qazandıra bilər.

İkincisi, Hindistan öz müttəfiqi Ermənistanın təşkilata üzvlüyünün də yolunun Azərbaycanın təşkilata qəbulundan keçdiyini bilməli idi. Amma Dehli bunları nəzərə ala biləcək uzaqgörənlik nümayiş etdirə bilmədi və ya etmək istəmədi.

Yusif Bağırzadə

Düşünürəm ki, Hindistanın qərarının arxasında təkcə Pakistan-Azərbaycan münasibətləri dayanmır. Burada digər faktorlar da rol oynayır. Hindistan Azərbaycanla Çinin yaxınlaşmasını narahatlıqla izləyir. Çinin “Bir Kəmər, Bir Yol” layihəsi ilə Azərbaycanın Orta dəhlizdə aktiv rol oynadığını bilən Dehli bu cür qərarla əslində həm də Çinin maraqlarına qarşı mövqe ortaya qoymuş olur. Elə “Bir Kəmər, Bir Yol” layihəsinin əleyhinə mövqe sərgiləməklə də bunu sübut etdi”.

Politoloq qeyd edib ki, Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanmasında digər vacib faktor isə Rusiyadır:

“Rusiya Azərbaycanın ŞƏT üzvlüyünə qəbulunu dəstəkləsə də, Hindistanın veto mövqeyində onun da payı olduğu şübhəsizdir. Son dövrlərdə Hindistan-Rusiya münasibətlərində yaxınlaşma müşahidə olunur. İki ölkə Rusiya, İran və Hindistan tərəfindən əsası qoyulmuş Şimal-Cənub nəqliyyat dəhlizi məsələsində aktiv əməkdaşlıq edirlər. Hindistan kimi Rusiya da Çinin Azərbaycanla hər keçən gün inkişaf edən münasibətlərindən narahatlıq keçirir və ölkəmizin “Bir kəmər, Bir yol” layihəsindəki Orta dəhlizdə əsas oyunçu olduğunu bilir. Rusiya- Azərbaycan gərginliyi də Kremlin Hindistanın veto mövqeyində təsiri olduğunu deməyə əsas verir. Moskva Azərbaycanın təşkilata üzvlüyünü açıq şəkildə dəstəkləyən Çinlə münasibətlərdə problem yaratmamaq üçün bunu Hindistan vasitəsilə etdi.

Bütün bunlara baxmayaraq, Azərbaycanın ŞƏT-ə tamhüquqlu üzvlüyünün qarşısının alınması regiondakı güc balansına təsir göstərməyəcək. Azərbaycan onsuz da ŞƏT üzvü olan əksər ölkələrlə kifayət qədər yaxşı münasibətlərə malikdir və bu, daim inkişaf edir”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Sentyabr 2025 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri