Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

Ronaldo tarixə düşdü

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Azərbaycan Prezidenti oktyabrın 23-də Bakıda Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul edib. Hindistanın xarici işlər nazirinin Azərbaycana səfərini bu ölkənin Baş naziri Narendra Modinin Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçirilən sammitində Prezident İlham Əliyevlə dialoqunun davamı kimi qiymətləndirmək olar. Təsadüfi deyil ki, Subrahmanyam Cayşankar məhz Narendra Modinin təlimatıyla Bakıya gəldiyini bildirib.

"Bakupost" xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“İlham Əliyev Narendra Modi ilə Bişkekdə keçirilmiş görüşü və həmin görüş zamanı aparılmış fikir mübadiləsini məmnunluqla xatırlayıb. Azərbaycan Prezidenti Hindistanın xarici işlər nazirinin Azərbaycana səfərini yüksək qiymətləndirərək, bunun ikitərəfli münasibətlərin mövcud vəziyyətinin və inkişaf perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib. Görüşdə Azərbaycanla Hindistan arasında münasibətlərin mövcud vəziyyətinə dair ətraflı fikir mübadiləsi aparılıb, siyasi, iqtisadi, yüksək texnologiyalar, mədəni, humanitar və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətinə toxunulub. Həmçinin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə siyasi təmasların intensivləşdirilməsinin, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, o cümlədən iqtisadiyyat və biznes nümayəndə heyətlərinin səfərlərinin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Subrahmanyam Cayşankar azərbaycanlı həmkarı Ceyhun Bayramovla Hindistanın Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevindiyini, bunun uzunmüddətli sülhün əldə olunması üçün şərait yaradacağını vurğulayıb. Subrahmanyam Cayşankarın sözlərinə görə, Ceyhun Bayramovla qlobal münaqişələrin təsirlərini də müzakirə edib.

Beləliklə, Hindistan Azərbaycanla ticarəti, o cümlədən enerji sahəsindəki əlaqələri genişləndirmək istəyir. Cayşankarın “Hindistan şirkətləri neft-qaz sektoruna investisiya yatırmağa maraq göstərir” cümləsi də bundan xəbər verir. Hindistan bir neçə il əvvəl Azərbaycan neftinin əsas alıcılarından biri idi. İki ölkə arasında ticarətin həcmi 1 milyard dollara yaxınlaşmışdı. İran və Hörmüz boğazı ətrafındakı gərginlik Hindistanın neftə olan tələbatını artırıb. Hindistan İran və Körfəz ölkələrinin əvəzinə Rusiyadan ucuz neft alsa da, alternativlərin axtarışını davam etdirir. Bu mənada Hindistan Azərbaycandan daha çox neft almaq istəyir. Digər tərəfdən Mərkəzi Asiya neftinin Azərbaycan üzərindən dünya bazarlarına daşınması da Yeni Dehlinin diqqətini çəkib.

Hindistan beynəlxalq nəqliyyat dəhlizlərinə əhəmiyyət verir. Misal olaraq Azərbaycanın da iştirakçısı olduğu Şimal-Cənub nəqliyyat dəhlizini göstərmək olar. İran və Hindistan 2024-cü ildə İranın Çabahar limanının idarə edilməsinə dair saziş imzalayıblar. Bu sazişə görə, Hindistan həmin limanın yenidən qurulmasına 500 milyon dollar yatırım qoymalı idi. Ancaq ABŞ və İsrailin İrana qarşı müharibələri və gərginliyin bugünə qədər davam etməsi Hindistanın həmin limanı yenidən qurmaq planlarını müvəqqəti olaraq təxirə salıb. Buna baxmayaraq, Hindistan bu limanla bağlı planlarından imtina etməyib. Hindistan Çabahar limanı vasitəsilə Mərkəzi Asiya, Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan və Rusiya bazarlarına çıxış imkanı əldə edəcək ki, bu Yeni Dehlinin gələcək planlarından xəbər verir. Hindistan hökumətinin Azərbaycanla dialoqu və əməkdaşlığı genişləndirməyə qərar verməsinin arxasında bu amil də dayanır”, - politoloq vurğulayıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 23 Oktyabr 2026 23:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see402

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see386

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see316

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see311

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see221

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see218

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see216

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see211

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see198

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see190

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see185

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see184

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see183

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see182

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see178

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see173

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see168

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri