Dəhlizlə bağlı Bakının son tələbi Ağbəndən sonrakı xətt belə olacaq
Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanın baş naziri tərəfindən ortaya atılan “sülh kəsişməsi” iddiası Azərbaycan və Türkiyənin iştirakı olmadan heç bir mahiyyət kəsb etmir. Azərbaycan Prezidenti də bununla bağlı bəyanat verib. Çünki Zəngəzur dəhlizi açılmayana qədər Ermənistana hansısa yolun verilməsi mümkün deyil.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov deyib.
“Azərbaycan öz ərazisində Zəngəzur dəhlizinin əsas hissəsi olan xəttin çəkilişlərini yekunlaşdırır. Bu ilin sonu, gələn ilin əvvəlinə kimi yolun Zəngilan rayonunun Ağbənd qəsəbəsinə qədər (Horadiz–Ağbənd dəmir yolu xətti) tikintisi yekunlaşacaq. Ermənistan isə 44 km-lik dəmir yolunun bərpası ilə bağlı hələ qərar verməyib”, - deyə o qeyd edib.
Deputat bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı siyasi-diplomatik müstəvidə mümkün təzyiqlər olunur:
“Amma bu o demək deyil ki, bu məsələdə Azərbaycan tərəfindən güc kontekstində də addımlar atılsın. Prezident İlham Əliyev də bəyan edib ki, Azərbaycanın Ermənistana qarşı ərazi iddiası yoxdur. Eyni zamanda rəsmi Bakı hansısa bölgəyə hərbi müdaxilə etmək niyyətində deyil”.
Rasim Musabəyova görə, bu gün əsas tələb Azərbaycanın bir hissəsindən digər hisəssinə sərbəst, təhlükəsiz keçidin təmin olunmasıdır:
“Rəsmi Bakının əsas tələbi məhz budur. Ermənistan bundan boyun qaçıra bilməyəcək. Belə olan halda Türkiyə-Ermənistan sərhəddinin də açılması mümkün olmayacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 03 Fevral 2025 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















