Dəhşətli daşqının miqyasını əks etdirən PEYK GÖRÜNTÜLƏRİ
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, şirkət müvafiq fotoları "Telegram" kanalı vasitəsilə paylaşıb.
Məlumata görə, kadralar "Resurs-P" peyki tərəfindən təxminən 500 kilometr hündürlükdən — Nepalın Trisuli çayı ərazisindən lentə alınıb. İyulun 9-da və avqustun 28-də çəkilmiş müqayisəli fotolarda çayın öz məcrasından çıxaraq ətraf əraziləri tamamilə su altında qoyduğu aydın görünür.
Təbii fəlakət avqustun 26-da Lanqtanq Lirunq dağındakı buzlağın qismən uçması nəticəsində meydana gəlib. Dağdan qopan nəhəng buz kütləsi Lhende Xola çayının dərəsinə tökülərək suyun qarşısını kəsib. Yarana güclü sel suları həm Nepalda, həm də Çinin Tibet Muxtar Bölgəsində kütləvi dağıntılara yol açıb.
Son məlumatlara əsasən, daşqınlar nəticəsində Nepalda 1100-dən çox insan həyatını itirib. 4000-dən çox şəxsin itkin düşdüyü bildirilir. Hazırda fəlakət zonasında axtarış-xilasetmə işləri davam etdirilir.
Elvin
Ölkə.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 02 Sentyabr 2026 21:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















