Dəhşətli hadisə: Sərxoş oğlan uşaq düşərgəsinə hücum edərək 13 məktəblini yaraladı
Bizim media saytına istinadən Icma.az xəbər verir.
Rusiyanın Tuva Respublikasında yerləşən Çağıtay gölü sahilindəki "Orlyonok" ("Орленок") uşaq sağlamlıq düşərgəsində kütləvi xəsarətlə nəticələnən hadisə baş verib. Sərxoş vəziyyətdə olan gənc oğlan gecə saatlarında qanunsuz olaraq düşərgənin ərazisinə və yataq korpusuna daxil olaraq uşaqlara hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Rusiya Daxili İşlər Nazirliyinin Tuva Respublikası üzrə idarəsinin mətbuat xidməti yayıb.
İlkin təhqiqat materiallarına görə, 2001-ci il təvəllüdlü yerli sakin korpusa daxil olduqdan sonra azyaşlılara qarşı zorakılıq tətbiq edib, onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və məkandakı mebelləri sındıraraq daxili infrastruktura ciddi ziyan vurub.
Hücum anında sözügedən yataq korpusunda ümumilikdə 30 nəfər azyaşlı olub.
Uşaqların fəryadına gələn düşərgənin mühafizəçiləri və işçi heyəti operativ hərəkət edərək hücum edən şəxsi dərhal zərərsizləşdiriblər. O, hadisə yerinə çağırılan polis əməkdaşlarına təhvil verilib.
Məlumata görə, basqın nəticəsində düşərgədə dincələn 13 məktəbli müxtəlif dərəcəli fiziki zədələr (əzilmələr, sıyrıqlar və hematomalar) alıb. Yaralı uşaqlara dərhal yerində və yaxınlıqdakı tibb müəssisəsində zəruri tibbi yardım göstərilib, onların həyatı üçün hər hansı təhlükə olmadığı bildirilir.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin "Xuliqanlıq" (213-cü maddə) maddəsi ilə cinayət işi açılıb.
Müstəntiqlər həmçinin düşərgənin rəhbərliyi və mühafizə xidmətinin fəaliyyətini, o cümlədən uşaq müəssisəsində təhlükəsizlik rejiminin necə pozulduğunu araşdırırlar.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 21 İyun 2026 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















