Icma.az
close
up
RU
Dəhşətli hadisədən sonra azyaşlı qız Bakıya gətirilib: “Məktəbə gedəcək”

Dəhşətli hadisədən sonra azyaşlı qız Bakıya gətirilib: “Məktəbə gedəcək”

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, keçən həftə Yardımlıda 8-ci sinif şagirdinə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 4 nəfər həbs edilib. 

Burda ən təsirli məqam isə azyaşlının yaxınları tərəfindən fahişəliyə və cinsi zorakılığa cəlb edilməsidir.  Belə ki, 14 yaşlı öz doğma qızını ana məcbur edib. Həmçinin, həbs olunanlar arasında qızın ögey atası da var. Faktla başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir və hadisənin təfərrüatları açıqlanmayıb. Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, uşaqlar məhkəmə qərarı ilə qardaşı ilə birlikdə Azərbaycan Uşaqları İctimai Birliyinin uşaq sığınacağına yerləşdirilib: 

“Uşaq ortalıqda qalmayacaqdı ki... Uşağın qəyyumu ailəsi olduğu qədər, dövlət də bu uşağın qəyyumudur. Məhkəmə qərarı əsasında uşaq qardaşı ilə birlikdə Azərbaycan Uşaqları İctimai Birliyinin sığınacağına yerləşdirilib. Hazırda onların məktəblərinin rayondan Bakıya dəyişdirilməsi prosesi gedir. Yer dəyişmə başa çatdıqdan sonra, gələn həftənin birinci günündən etibarən uşaqlar digər uşaqlar kimi adi qaydada məktəbə gedərək təhsillərini davam etdirəcəklər. İstintaq çərçivəsində zəruri olan tədbirlər aparılıb və məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. İstintaq sirri olan məqamları biz də açıqlamırıq”. 

Kəmalə Ağazadə qeyd edib ki,  hazırda reabilitasiya prosesi davam edir: 

“Hər şey qaydasındadır,  nəzarət altındadır. Uşaqların reabilitasiyası artıq başlayıb. Onlarla psixoloqlar, sosial işçilər və art-terapevtlər işləyirlər. Qız artıq peşə bacarıqları fakültəmizə cəlb olunub. Qardaşının yaşı az olduğuna görə hələlik onu bu kurslara cəlb etmirik, lakin digər işlərə artıq başlamışıq. Deyim ki, uşağın vəziyyəti olduqca ağırdır, xeyr. Uşaq baş verənləri dərk edir. Hər şeyi anlayır, adekvat davranır. Bilir ki, ona qarşı çox ağır cinayətlər törədilib. Bunu dərk edir. Amma bu hadisələr üzərində fokuslanmır. Həyatına davam etmək üçün təhsilinə, onu sevgi ilə əhatə edən insanlara sarılır”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Aprel 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri