Icma.az
close
up
RU
Dəhşətli qarşıdurma üçün anons verildi Üçüncü Dünya Müharibəsi qapıdadır

Dəhşətli qarşıdurma üçün anons verildi Üçüncü Dünya Müharibəsi qapıdadır

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, sentyabrın 9-dan 10-na keçən gecə Rusiya ordusuna məxsus zərbə dronları Polşanın hava məkanını pozub. Dünyanın əsas diqqəti isə hazırda Rusiya və Belarusun birgə hərbi təlimlər keçirilməsinə yönəlib. Polşa hökuməti  isə ölkənin şərq sərhədlərinə 40 min nəfərlik hərbi kontingent cəlb edib. Baş verən hadisələrin  fonunda III Dünya Müharibəsinin başlaması ehtimalı yenidən gündəmə gəlib. Xüsusilə də, Polşanın hədəfə alınması II Dünya Müharibəsinin də oxşar formada başlamasını xatırladır.  Bəs Rusiyanın və Belarusun hərbi təlimləri nəyə hesablanıb?  Bununla Rusiya dünyaya hansı mesajı vermiş olur? Həqiqətən İkinci Dünya Müharibəsi təkrarlana bilərmi?

Moderator.az-a danışan politoloq Natiq Miri deyib ki,  Avropanın sərhədlərində belə bir hərbi təlimin keçirilməsi daha çox Rusiya üçün Qərbə təzyiq elementidir. Onun sözlərinə görə, bu təlimlərin birbaşa Avropa Birliyi ölkələrinə yönəldiyi də heç kimə sirr deyil. Çünki müəmmalı şəkildə böyük bir kontingentin Belarusa cəlb olunması qeyri - iradi olaraq həm Ukrayna, həm də Avropa Birliyinə üzv ölkələrə, bütövlükdə Qərb dünyasına çox böyük təhlükə təhdidi yaradıb:

“Çünki  bu təlim Ukraynaya qəflətən Belarusdan Kiyevə doğru yeni bir cəbhənin açılması- hücum əməliyyatı da ola bilər. Çünki adətən bu cür təlimlərdə gözlənilməzlik nəzərə alınır. Bu baxımdan Ukrayna müəyyən mənada özünün təhlükəsizlik fəaliyyətini həyata keçirib. Yəni Ukrayna bir növ buna hazır kimi görsənir. Eyni zamanda, Belarusda keçirilən hərbi təlimin, bir də Avropa ölkələrinə hərbi müdaxilə təhlükəsi aradan qalxmayıb.  Qeyd etdiyiniz kimi məhz bu təlim öncəsi  Polşaya Rusiya tərəfindən 19  dron və bir raketlə təcavüz həyata keçirildi. Doğrudur, Rusiya hələlik bunu etiraf etmir. Ancaq artıq Qərbdə bu qənaətə gəliblər ki, bu, birmənalı olaraq İran dronları vasitəsilə edilib. Çünki bu dronlar artıq Rusiyada istehsal olunur. Ola bilsin ki, tanınma elementləri olmayıb, ancaq indiki vəziyyətdə kosmosdan çox rahatlıqla izlənilə bilir. Ona görə bu, birbaşa Qərbi Rusiya tərəfindən təhdid kimi qəbul edilir və Polşanın, o cümlədən Polşanın üzvü olduğu NATO- nun dərhal çevik reaksiya verməsi də məhz bu üzdəndir. Yəni təhlükəni nə qədər real qəbul etdikləri üçündür. Bundan başqa, məhz Polşaya bu cür təcavüz NATO -nun dördüncü maddəsini dövriyyəyə buraxıb ki, artıq bununla bağlı tərəflər  arasında bu təcavüz məsələsi ciddi müzakirə predmetinə çevrilib. Ancaq hər bir halda bu, Rusiyanın təzyiqidir və  əsas niyyət Qərbi məcbur etməkdir ki, Ukraynaya yardımlardan imtina etsin və Rusiyanın Ukrayna müharibəsində şərtlərini qəbul etsin. Hər zaman olduğu kimi Rusiya yenə də hərbi böhranlar qısamüddətli də olsa yaratmaqla özünün geosiyasi niyyətlərinə nail olmaq istəyir. Bununla  mesaj verir ki, hegemon dövlətdir və  Ukraynadakı geosiyasi maraqları, eyni zamanda yeni şəkillənən dünya nizamında Rusiyanın bütün regionlardakı geosiyasi maraqları təmin olunmalıdır. Yəni dolayısı ilə İkinci Dünya Müharibəsindən dünyada mövcud olan əhatə dairəsi anlayışının yenidən bərpasını istəyir ki, düşünürəm ki, bu, artıq mümkün deyil”.

Politoluqun fikirincə,  bu təcavüzün arxasında duran niyyətlərdən biri Polşanın qəflətən bu cür hücumlara məruz qaldığı təqdirdə NATO- nun bu cür çevik reaksiya verib verməməsi və hərbi imkanları test edilib:

 “Rusiya dolayısı ilə Qərbin, eyni zamanda Avropa Birliyinin heç də təhlükələrdən sığortalanmadığı mesajını verir. Bu baxımdan Avropanın Rusiyanın tələb etdiyi şərtləri qəbul etməsini istəyir . Nəzəri cəhətdən belə bir eskalasiya mümkün kimi görünsə də, ancaq praktik baxımından bu cür hücumların həyata keçirilməsi birbaşa Rusiya -NATO müharibəsi deməkdir. Başqa sualdır ki, Rusiya davamlı olaraq NATO ilə uzunmüddətli müharibəyə nə qədər hazırdır? Rusiyanın ehtiyatları, resursları buna nə qədər dözümlü, davamlı ola biləcək bu böyük suallar yaradır və təbii ki, Rusiyanın belə bir müharibəni başlatması üçün  maliyyə imkanları mövcud deyil. İndiki iqtisadi çöküş vəziyyətində Ukrayna  müharibəsini zorla maliyyələşdirdiyi bir məqamda qarşısına bir də NATO kimi qlobal hərbi güc mərkəzini alması bir az açığı ağlabatan görsənmir. Ona görə də bu, sadəcə olaraq hədələmək xarakterli bir qısamüddətli təxribatdır. Ancaq bu cür təxribatların NATO- nu qorxacağını  Rusiya düşünürsə, düşünürəm ki, bu, yanlışdır. Nəzəri cəhətdən Üçüncü Dünya Müharibəsinin başlaması ehtimalı istisna olunmamalıdır. Rusiya prezindeti Çində yalançı görüntülər nümayiş etdirdi.  Rusiya,  Çin, Hindistan, Şimali Koreya kimi dövlətlərin liderləri  birgə əl- ələ tutuşmaqla  Qərbə, o cümlədən ABŞ- a güc nümayiş etdirdilər. Ancaq reallıqda belə bir müharibə başladığı təqdirdə Rusiya meydanda tək qalacaq”.

Natiq Miri qeyd edib ki, Rusiya yeni bir dünya müharibəsini ayrıca, bir də bütün Qərb dünyası, eyni zamanda onları müdafiə edən istəkliklər koalisiyasını qarşısına ala bilməz. Çünki bir Ukrayna ilə baş edə bilməyən Rusiya təsəvvür edin ki, 450 milyon  əhalisi olan Avropa Birliyi coğrafiyasını, iqtisadiyyatını, hərbi gücünü, o cümlədən istəklilər koalisiyasına daxil olan Kanada, Amerika Birləşmiş Ştatları, Avstraliya, Yaponiya və digər ölkələri qarşısını almaq məcburiyyəti ilə üzləşəcək. İndiki tükənmiş vəziyyətdə həm insani nöqteyi nəzərdən, həm iqtisadi nöqteyi nəzər Rusiyanın bu gücü qaldırmaq imkanı yoxdur. Sadəcə  bu cür hərbi təxribatlar son çarə olaraq istifadə olunur. Yəni çarəsizlikdən bir güc nümayiş etdirilir ki, düşünürəm ki, bu cür aldatmacalar NATO tərəfindən  qəbul olunmayacaqdır”.

Mehin Mehmanqızı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Sentyabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri