Icma.az
close
up
RU
Dəhşətli qəza: Kanat yerə çırpılıb

Dəhşətli qəza: Kanat yerə çırpılıb

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

İtaliyanın cənubundakı Neapol şəhərinin Castellammare di Stabia qəsəbəsində kanat kabinəsinin aşması nəticəsində 4 nəfər ölüb.

"Cebheinfo.az" xəbər verir ki, dünən günortadan sonra yerli vaxtla saat 15:00 radələrində Castellammare di Stabia ilə Faito dağının zirvəsini birləşdirən kanat yolunda nasazlıq yaranıb.

Kabinlərdə qapalı qalanların xilas edilməsi üçün işlər aparılarkən dağın yuxarısında olan kabinə ilə xəttin əlaqəsinin kəsildiyi barədə məlumat daxil olub.

Bildirilib ki, Faito dağının zirvəsi yaxınlığında yerləşən kabin qəzaya uğrayıb və axtarış-xilasetmə qrupları çətin hava və relyef şəraitində kabinədəkilərə çatmaq üçün işlərə başlayıb.

İtaliyanın ANSA agentliyi xilasetmə qruplarına istinadən xəbər verir ki, yıxılan zaman kabinədə beş nəfər olub, onlardan dördü ölüb, bir nəfər isə ağır yaralanıb. Yaralının təcili tibbi yardım helikopteri ilə xəstəxanaya aparıldığı bildirilib.

Xəbərə görə, kanat vaqonunun dartma kabelinin qopması qəzaya səbəb olub və qəzada ölənlərin turist ola biləcəyi bildirilib.

Campania Regional Hökumətinin Prezidenti Vincenzo De Luca Rainews24-ə bildirib ki, kanat vaqon xəttinin şəhər tərəfindəki gediş stansiyasının yaxınlığında yerdən təxminən 100 metr hündürlükdə asılmış iki kabinədə sıxışan digər sərnişinlər yanğınsöndürmə idarəsinin köməyi ilə bir-bir təxliyə edilir.

De Luka hadisənin baş verdiyi yerdə hava şəraitinin son dərəcə pis olduğunu bildirib.

Baş nazirin müavini və Nəqliyyat və İnfrastruktur Naziri Matteo Salvini də verdiyi yazılı açıqlamada hadisədən kədərləndiyini bildirib, kanat qəzasının necə baş verdiyi ilə bağlı təcili hesabat istədiklərini ifadə edərək, məqsədlərinin hadisənin bütün tərəflərini işıqlandırmaq və ən qısa zamanda məsuliyyət daşıyanları müəyyən etmək olduğunu bildirib.

Nigar Hacılı 
"Cebheinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Aprel 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see382

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see364

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see305

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see295

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see293

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see289

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see285

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see269

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see245

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see236

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see221

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri