Icma.az
close
up
RU
Dəhşətli qəza: Yol polisi niyə sürəti azaltmır? Ekspert

Dəhşətli qəza: Yol polisi niyə sürəti azaltmır? Ekspert

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

İmişlidə baş verən qəzaya başlıca səbəb yol hərəkəti qaydasının kobud surətdə pozulmasıdır. Hadisənin ağır nəticəsi isə sürət həddi və sürücünün o anda düzgün qərar qəbul etməməsidir.

Bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov yanvarın 18-də İmişlidə baş verən qəzaya münasibət bildirərkən deyib.

Ekspert maneənin qarşısına çıxmasına və təhlükəli qayda pozuntusuna baxmayaraq, DYP sürücüsünün sürəti azaltmadığını bildirib:

“Qəzanın yayılan videosundan da görünür ki, polis maşını təqib əməliyyatı apararkən qabağına çıxan “Mersedes” markalı maşını müşahidə etdiyi halda sürəti azaltmır, əksinə, artırır. Ehtimal ki, “Mersedes”in sürətini düzgün hesablamır və yaxud onun əsas yoldan gələn maşını gözləyəcəyini düşünüb, sürəti artıraraq, önündən keçməyə çalışır. Yolun darlığı, sürücünün səriştəsizliyi və hadisə həyəcanı qəza ilə nəticələnir. Qəza baş verməməsi üçün yol polisi qəza riski yaradan kobud qayda pozuntusunu düzgün qiymətləndirməli və anında maşını saxlamalı idi”.

Əsədov qeyd edib ki, qəzanın başvermə səbəblərindən biri də yol hərəkətinin düzgün təşkil edilməməsidir:

“Qəzanın əsas səbəbinin “Mersedes”i idarə edən sürücüdə olduğu aydındır. Ancaq unutmayaq ki, yol nəqliyyat hadisəsi üç amildən asılıdır: yol-mühit, sürücü səhvi və nəqliyyat vasitəsi. “Mersedes”i idarə edən gənc hərəkətə icazə verilən dönmə nişanından istifadə edir. Yəni sürücü əks istiqamətdə getmir. Axı ora geridönmə yolu deyil, o yolun imkanları geri dönmənin təşkilinə imkan vermir. Geridönməni orda niyə təşkil ediblər? Ümumiyyətlə, bölgələrimizin hamısında yol hərəkətinin təşkilində təhlükəsizlik qaydalarına tam əməl edilmir. Hesab edirəm ki, qəzanı araşdıran istintaq qrupu yolun təşkili məsələsini də diqqətdən qaçırmayacaq”.

Qeyd edək ki, yanvarın 18-də saat 12:30 radələrində İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xidmətə gedən DYP avtomobilinin qarşısına digər nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqları vurub. İki məktəbli hadisə yerində, biri isə xəstəxanada dünyasını dəyişib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://axar.az
archiveBu xəbər 22 Yanvar 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri