Icma.az
close
up
RU
“Uşağın beyni “quruyur” Ekspert dəhşətli faktlar açıqladı

“Uşağın beyni “quruyur” Ekspert dəhşətli faktlar açıqladı

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bunu Ölkə.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri 16 yaşadək uşaqların sosial şəbəkələrdə şəxsi hesab açmasının məhdudlaşdırılmasından danışarkən deyib.

Onun sözlərinə görə, Avropa ölkələri, ABŞ-nin bəzi ştatları, Asiyanın inkişaf etmiş dövlətləri, hətta informasiya texnologiyaları sahəsində qabaqcıl olan ölkələr də bu istiqamətdə addımlar atıblar.

Ekspertin fikrincə, məsələnin bir deyil, bir neçə tərəfi var: 

“Biz çox vaxt məsələnin yalnız bir detalına diqqət yetiririk. Halbuki problemin kökü tamam başqadır. Bu gün 16 yaşadək uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması, əslində, onların zehninin qorunması deməkdir”. 

Elmin Nuri bildirib ki, sosial şəbəkələrdən gələn fasiləsiz informasiya axını insanın alqoritmik düşünmə qabiliyyətinə, təxəyyülünə və ümumilikdə zehni inkişafına ciddi təsir göstərir:

“Məsələnin neyropsixoloji tərəfi daha vacibdir. Bu mövzuda danışarkən adətən vurğulayırıq ki, sosial şəbəkələrdə uşaqlar zərərli məzmunla qarşılaşır, onların psixologiyası mənfi təsirlərə məruz qalır və müxtəlif anti-dəyərlər aşılanır. Bunların hamısı doğrudur. Amma problemin ən ciddi tərəfi məhz neyroloji və neyropsixoloji təsirlərdir.

Bir dəfə bu mövzuda müzakirə zamanı mənə belə bir sual verdilər: “Əgər 16 yaşa qədər sosial şəbəkələr qadağan edilirsə, 16 yaşdan sonra istifadəyə icazə veriləndə bunun nə faydası olacaq? Uşaq dahiyə çevriləcəkmi?” Mən cavab verdim ki, xeyr, dahiyə çevrilməyəcək. Amma ən azından ciddi savadsızlıq riskindən qorunacaq. Çünki 16 yaşa qədər sosial şəbəkələrdən və smart cihazlardan istifadənin məhdudlaşdırılması, obrazlı desək, uşağın beyninin “qurumasının” qarşısını almaq deməkdir”.

Ekspert qeyd edib ki, bu gün xüsusilə abituriyentlərin valideynləri ciddi narazılıq edirlər:

“Deyirlər ki, uşağı hazırlığa göndərirlər, böyük vəsait xərcləyirlər, amma nə qədər oxusa da, öyrəndikləri yadda qalmır. Bunun səbəblərindən biri məhz həddindən artıq informasiya yüküdür. İnformasiya seli zehni tıxanıqlıq yaradır. Zehni tıxanıqlıq isə həm fizioloji, həm psixoloji, həm də təfəkkür baxımından ciddi problemlərə səbəb olur”. 

O vurğulayıb ki, buna kifayət qədər nümunə görmək mümkündür. Məsələn, uşaq illərlə hazırlığa gedir, gecə-gündüz çalışır, amma qəbul imtahanında gözlənilən nəticəni göstərə bilmir. 

E.Nurinin sözlərinə görə, belə hallarla tez-tez qarşılaşır: “Bunun səbəblərindən biri də uşaqların uzun müddət paralel şəkildə sosial şəbəkələrin və sürətli informasiya axınının təsiri altında qalmasıdır. Məhz buna görə uşaqların müəyyən yaşa qədər sosial şəbəkələrin mənfi təsirlərindən qorunması vacibdir”.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 İyul 2026 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see328

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see328

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see325

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see265

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see259

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see257

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see255

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see251

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see250

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see237

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see215

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see209

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri