Icma.az
close
up
RU
Dekabrda müşahidə olunan hava AÇIQLANDI

Dekabrda müşahidə olunan hava AÇIQLANDI

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

2024-cü ilin dekabr ayının ötən dövründə ölkə üzrə havanın temperaturu bəzi günlərdə normadan yuxarı, bəzi günlərdə isə normadan aşağı olub. 

Modern.az-ın məlumatına görə, bu barədə  Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

"Bakı və Abşeron yarımadasında havanın temperaturu isə iqlim norması ilə müqayisədə 16 gün normadan yuxarı, 1 gün norma daxilində, 6 gün isə normadan aşağı olub",- o deyib.

Onun sözlərinə görə, bu dövr ərzində maksimal temperatur dekabrın 18-də qeydə alınıb. Həmin gün havanın maksimal temperaturu ölkə üzrə Sabirabad rayonunda 17 dərəcə, Bakıda və Abşeron yarımadasında isə 15.9 dərəcə olub. Yəni hava isti olub. Minimal temperatur isə ölkə üzrə 22 dərəcə şaxta ilə dekabrın 15-i Şahdağda, 2.6 dərəcə şaxta ilə isə Bakıda və Abşeron yarımadasında isə müşahidə olunub.

“Bölgələr üzrə dekabrın ötən dövrü ərzində 13 gün yağıntılı hava şəraiti müşahidə olunub. Ən çox yağıntı aylıq normanın 219 faizi olmaqla Bakı və Abşeron yarımadasına,  bölgələr üzrə aylıq normanın 132 faizi olmaqla Mərkəzi Aran zonasına düşüb.”

G. Abbasova qeyd edib ki, dekabr ayının ötən dövrünün bəzi günlərində ölkə ərazisinin əksər bölgələrinə sulu qar, qar yağıb. Nəticədə qar örtüyünün maksimal hündürlüyü dağlıq rayonlarda 10-20 sm, Bakı və Abşeron yarımadasında 2 sm olub.

“Dekabr ayının ötən dövrünün bəzi günlərində küləkli hava şəraiti ilə bağlı ölkə üzrə rəng şkalasına uyğun olaraq sarı və narıncı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə 9 gün küləkli hava şəraiti müşahidə olunub, küləyin maksimal sürəti 34 m/s-dək güclənib”,-rəsmi bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Dekabr 2024 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see754

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see488

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see288

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see288

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see273

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see263

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see259

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see256

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see252

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see238

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see226

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see214

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see214

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see214

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see208

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see207

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see206

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see200

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri