Icma.az
close
up
RU
Dekabrın 1i Makronun sonu ola bilər

Dekabrın 1i Makronun sonu ola bilər

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot əhalini E.Makrona qarşı mübarizəyə çağırdı

Avropa İttifaqına üzv olan bir sıra dövlətlərin ərazilərində ciddi təlatümlərin, qarşıdurmaların yaşanması ab-havası hökm sürür. Bu, bir tərəfdən Avropada neonasizmin, islamfobiyanın getdikcə genişlənməsindən irəli gəlirsə, digər tərəfdən iqtidarda olan nasist təfəkkürlü rəhbərlərin dünyanı yeni müharibələr, münaqişələrlə hədələmələrindən yaranır. Bəşər tarixi böyük insanlığa qarşı vəhşilikləri, qəddarlıqları ilə tanınmış Almaniya, Fransa kimi dövlətlərin yenidən dünyaya meydan oxuduqları daha qabarıq və diqqətçəkən formada göründüyü müşahidə edilir. Bu iki barbar xislətli dövlət rəhbərləri birlik və bərabərlik göstərərək dünyanın nizamını pozmağa və yeni insan qətləri, dağıntıları həyata keçirməyə çalışırlar. Birmənalı şəkildə demək olar ki, bu gün dünyada ən dəhşətli insan faciələrinin yaşandığı İsrail-HƏMAS, Ukranyna-Rusiya müharibələrinin əsas təşkilatçıları Fransa və Almaniyadır. Düzdür, İsrail-HƏMAS müharibəsində ABŞ-da vəhşi və qəddar əməlləri və fəaliyyəti ilə seçilir, ancaq problemin aradan qaldırılmasına əsas maneçilik törədən dövlətlərin Fransa və Almaniya olduğu şübhəsizdir. Çünki Fransa və Almaniya tərəflərə maliyyə və hərbi silah-sursatla yardımlar göstərməklə vəziyyəti daha da qızışdırırlar. Bu isə dünya birliyi tərəfindən sərt etirazlarla qarşılanır. Sözügedən ölkələrin əhalisi də hakimiyyətdə olanların vandal siyasətinə qarşı seyirçi yanaşmırlar. Bu gün Fransa və Almaniyada “inqilab” ab-havasının hökm sürməsi buna misal ola bilər. İstər Fransada, istərsə də Almaniyada yüz minlərlə insan küçələrə çıxaraq Makronun və Şoltsun insanlığa yönələn siyasətinə qarşı küçə yürüşləri, mitinqlər keçirirlər. Əhalinin etirazlarına baxmayaraq Makronun Ukraynaya qoşun göndərəcəyini bəyan etməsi ölkə əhalisini daha da qəzəbləndirib. Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot Makronun Ukraynaya qoşun göndərmək istəyini dəlilik adlandırıb. Florian Filippot “X” sosial şəbəkə hesabında paylaşdığı statusunda yazıb ki, Ukraynaya qoşun göndərilməsi yanlış addımdır: “Heç bir fransız, heç bir əsgər bunu qəbul edə bilməz və etməməlidir! Çünki bu, 3-cü nüvə dünya müharibəsinin açarıdır!”.

Rusiya Fransanın fəaliyyətinə səssiz qalmayacaq

Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot E,Makronun yanlış siyasətini Fransa əhalisinin qəbul etmək fikrində olmadığını bəyan edib. Bildirib ki, siyasi partiya olaraq ölkə əhalisini dekabrın 1-i bazar günü, saat 14:00-da Parisdəki Palais Royal-da etiraz aksiyası keçirməyə çağırıb. Florian Filippot əminliyini ifadə edib ki, aksiya bütün ölkə ərazisini əhatə edəcək və E.Makronun cəzalandırılmasına nail olacaq: “ Qərarımız qətidir. E.Makron hakimiyyətdən getməlidir. Əks halda Fransanı vətəndaş qarşıdurması gözləyir”.

Bu arada “Le Monde” qəzeti də iddia edib ki, Avropa İttifaqı ölkələri Ukraynaya özəl hərbi şirkətlərdən qoşun və ya qırıcıların göndərilməsi ilə bağlı müzakirələri bərpa edib. Qəzetin qeyd etdiyi kimi, müzakirələrin bərpası Donald Trampın ABŞ prezidenti postunu tutması ilə bağlıdır. Ola bilsin ki, Respublikaçılar Partiyasından seçilmiş prezident inauqurasiya mərasimi keçiriləndə Amerika Ukraynanı dəstəkləməkdən imtina edəcək. Bu səbəbdən son həftələr Aİ qoşunların və PMC qırıcılarının tədarükü məsələsini aktiv şəkildə müzakirə edir.

Fransanın xarici işlər naziri Jan-Noel Barro Londona səfəri zamanı noyabrın 23-də BBC-yə müsahibəsində Qərb müttəfiqlərini Ukraynaya dəstək məsələsində "qırmızı xətlər qoymamağa” çağırıb. Fransız qoşunlarının oraya göndərilməsinin mümkünlüyü barədə suala o, belə cavab verib: "Biz heç bir variantı istisna etmirik”.

Proseslərin inkişafı onu deməyə əsas verir ki, artıq Fransa prezidenti E.Makron ölkə əhalisinin və dünya birliyinin etirazlarına baxmayaraq Ukraynaya qoşun göndərməkdə qərarlıdır. Bu arada Almaniya kansleri Şolts Ukraynaya NATO-nin 800 min əsgərinin göstərə biləcəyini istisna etmədiyini söyləyib. Hər iki başyeyənin sözdən əməli fəaliyyətə keçdiyi müşahidə olunur. Belə ki, “Anna Kiyev briqadası”na daxil olan 2,3 min ukraynalı silahlı təlimdən sonra münaqişədə iştirak etmək üçün Fransadan Ukraynaya qayıdıb. Bunu Beşinci Respublikanın müdafiə departamentinin rəhbəri Sebastyan Lekornu deyib. "Anna Kiyev briqadası Ukrayna əməliyyat teatrına qoşulmaq üçün Fransanı tərk edib", - nazir deyib. Eyni zamanda, Lekornu Fransanın Ukrayna ordusunun təlimlərini davam etdirməyə və lazım gələrsə, tələbələrin sayını artırmağa hazır olduğunu açıqlayıb. Daha sonra Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornu bildirib ki, Fransa Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə olunan gəlirləri Kiyevi müxtəlif silahlar, o cümlədən zenit-raket kompleksləri ilə təchiz etmək niyyətindədir. Xüsusilə Paris Kiyevə “Mistral” hava hücumundan müdafiə raketləri, eləcə də digər silahlar, o cümlədən İtaliya ilə birgə tədarük edəcək.

Söz yox ki, Rusiya Fransanın fəaliyyətinə səssiz qalmayacaq. Ola bilsin ki, Avropanın bombardman edilməsi barədə qərar verilsə, Rusiya ilk olaraq Fransanı, daha sonra isə Almaniyanı hədəf seçəcək. Rusiya Dövlət Dumasının deputatı, Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Dmitri Belik qeyd edib ki, Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Jan-Noel Barronun Fransanın uzaqmənzilli raketlərinin Rusiya ərazisinə hücumları ilə bağlı sözləri təcavüz aktından başqa bir şey deyil. Dmitri Belikun sözlərinə görə, özünü qlobal silah bazarında lider hesab edən Parisə Ukraynadakı münaqişə hava kimi lazımdır. Onlar üçün Ukrayna hərbi sınaq meydançasıdır ki, onun vasitəsilə Ukrayna xalqının kədəri və Rusiyaya qarşı təcavüz aktı səbəbindən öz maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün yüksək texnologiyalı raketlər yeni bazarlara çıxarıla bilər.

Fransada yeni iğtişaşlar gözlənilir

E.Makronun Fransanı dünyadan təcrid etmək siyasətinə qarşı ölkə əhalisi, xüsusilə siyasi partiyalar ciddi dirəniş göstərirlər. Artıq Fransa şəhərlərinin küçələrində Yeni Xalq Cəbhəsinin nümayəndələri ilə yerli hakimiyyət nümayəndələri arasında qarşıdurmalar baş verir. Yalnız son bir ay ərzində Yeni Xalq Cəbhəsinin nümayəndələri hakimiyyət təmsilçiləri, eləcə də polislə ümumilikdə 73 qarşıdurma yaşanıb ki, nəticədə 1567 nəfər bu və digər formada xəsarətlər alıb. Yerli iş adamları, o cümlədən kənd təsərrüfatı sahəsində çalışan insanlar daha çox E.Makrona qarşı qəzəblidirlər. Fransada fermerlərin kütləvi etirazları buna misal ola bilər. Fermerlər Cənubi Amerika ölkələri ilə azad ticarət sazişinə zidd olaraq Parisətrafı qəsəbələr də daxil olmaqla bir neçə əsas yolu bağlayıblar. Etirazların təşkilatçıları - aparıcı kənd təsərrüfatı həmkarlar ittifaqları FNSEA və Gənc Fermerlər (Junes agriculteurs) də yüksək məhsul çatışmazlığı və heyvanlar arasında xəstəliyin yayılmasının yaratdığı çoxsaylı çətinlikləri xatırladıblar. 200 traktor Parisə gedən N118 magistral yolunu qismən bağlayıb. Bu, cənub ətraflarından paytaxta gedən əsas yollardan biridir. Fermerlərin düşərgəsi mühüm hərbi hava bazasının yerləşdiyi Velizi-Villakulay şəhəri yaxınlığında yerləşir. Fransa prezidenti Emmanuel Makron da daxil olmaqla yüksək vəzifəli şəxslərin təyyarələri burada tez-tez uçur.Fransanın digər departamentlərində də fermerlər əsas yolları bağlayıblar. Provansın Buş-du-Ron şəhərində etirazçılar bazar ertəsi yerli kənd təsərrüfatı idarəsinin qarşısına xarab pomidorları atmağı planlaşdırdıqlarını açıqladılar. Fermerlər həmçinin yol radarlarının üzərini örtüklərlə örtməklə onların işinə mane olmağı planlaşdırırlar. Grand Est bölgəsində etirazçılar yük maşınlarının içərisində Avropa standartlarına uyğun olmayan malların olub-olmadığını yoxlamaq niyyətində idilər. France Bleu radiosu xəbər verir ki, İsveçrə ilə sərhədə yaxın Haute-Saone şəhərində fermerlər şəhər və kommunaların adları yazılmış dörd yüzə yaxın lövhəni açıb prefektura binasının yanına atıblar. Fermerlərin etirazları bu hərəkətlər son aylarda ilk deyil. 2024-cü ilin yanvarında fransız fermerlər Aİ-nin Ümumi Kənd Təsərrüfatı Siyasətinin (CAP) islahatına və Merkosur sazişinə qarşı kütləvi etiraz aksiyaları keçirdilər. Fermerlər qəzəbləndilər ki, tətbiq edilən ekoloji qaydalar və inzibati tələblər onların işini çətinləşdirib, maliyyə yükünü artırıb. Bundan əlavə, onlar subsidiya ödənişlərinin gecikdirilməsindən narazı qalıblar və hökumətdən quraqlıq və digər hava fəlakətləri nəticəsində itkiləri kompensasiya etmək üçün tədbirlər görməyi tələb ediblər. Sonra etirazlar "Paris mühasirəsi" ilə başa çatdı - şəhərə daxil olmaq üçün bütün əsas yollar qismən bağlandı. Birlik nümayəndələri 150 milyon avroluq yardım paketini elan edən və pestisidlərin istifadəsini azaltmağa yönəlmiş qaydaların tətbiqini gecikdirən ovaxtkı Baş nazir Qabriel Attal ilə görüşü təmin etdilər. Qeyd etmək lazımdır ki, Mercosur və Aİ arasında saziş onilliklər boyu müzakirə olunub, lakin heç vaxt imzalanmayıb. Avropa Komissiyasının sədri Ursula von der Leyen Aİ ölkələrinin ilin sonuna qədər ona tam dəstək verəcəyinə ümid etdiyini söylədi. Azad ticarət sazişi illik kvota çərçivəsində ölkələr arasında gömrük rüsumlarından azad olmağı ehtiva edir. Avropaya idxal, xüsusilə, 60 min ton inək əti (daha 99 min tona 7,5 faiz güzəştli vergi ilə vergi tutulacaq), 180 min ton şəkər və 60 min ton düyü təşkil edəcək. Eyni zamanda, Aİ ölkələri yüksək texnologiyalı mallar, o cümlədən avtomobillər ixrac edə biləcəklər. Fransız və Avropa fermerləri Latın Amerikası ölkələrində fərqli qaydalara malik olduğundan və əmək xərcləri Avropadakından daha aşağı olduğundan mallarının yeni bazarda rəqabət apara bilməyəcəyindən qorxurlar. Fransız fermerlərinin narahatlığını qəbul etmək istəməyən E.Makron Aİ –ının təklifinə boyun əyməyə çalışır. Bu isə fermerlərlə hakimiyyət arasında qarşıdurmanın daha dərinləşməsinə gətirib çıxarır. Fermerlər Fransanın Vətənpərvərlər Partiyasının dekabrın 1-nə təyin etdiyi mitinqə qatılacaqlarını bəyan ediblər. Aksiyanın bütün ölkəni əhatə etməsi E.Makronun hakimiyyətdə sonunun çatdığından xəbər verir. Hətta onun aksiya iştirakçıları tərəfindən hakimiyyətdən uzaqlaşdırdıqdan sonra məhkəmə qarşısına çıxarılacağı bildirilir. Məhkəmənin qərarının isə sərt olacağı şübhəsizdir.

İLHAM ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Noyabr 2024 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see233

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

02 İyun 2026 20:42see214

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see197

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see190

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see189

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see188

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see186

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see185

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see183

Bu il hansı qrupda ballar aşağı düşəcək?

01 İyun 2026 23:54see182

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see182

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see179

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see179

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see178

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see178

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see178

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see178

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see159

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see159

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri