Icma.az
close
up
RU
Dekabrın 10da...

Dekabrın 10da...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Ombudsman Ermənistanın müharibə cinayətləri haqqında yeni hesabat təqdim edəcək

Ermənistan 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində vandalizm aktı törədib, bütün yaşayış məntəqələri, sosial-iqtisadi infrastruktur, tarixi, dini, mədəni abidələr, dövlət obyektləri tamamilə məhv edilib. Eləcə də həmin ərazilərin flora və faunasına, ekologiyasına ciddi ziyan vurulub. Yüzlərlə kənd və qəsəbələr tamamilə yerlə-yeksan olunub. Yəni ermənilər işğal altında saxladığı ərazilərdə, demək olar ki, bütün həyatı məhv edib. Hansı ki, bu, ən böyük cinayətlərdən biridir. Bundan başqa, mülki insanların kütləvi qətli, onların əsir və girov götürülməsi, 4 minə yaxın insanın taleyi haqqında heç bir məlumatın verilməməsi müharibə cinayətləri sırasındadır.

Ermənistan işğal dövründə ekoloji terror törədib

Eləcə də, işğal dövründə təxminə 60 min hektar meşə fondu məhv edilib. Həmin torpaqlarda dövlət təbiət qoruqları və yasaqlıqları dağıdılıb, meşələr qırılıb və satılıb, torpaqlarımız qanunsuz yollarla istismar edilib. Xatırladaq ki, bu ərazilərin böyük hissəsini Ermənistanın kriminal rejimin başçıları öz mənafeləri naminə istifadə edirdilər. Son 30 ildə itirilmiş gəlir, ekologiyamıza vurulan ziyan da hesablanır. Təbiətə dəymiş ziyan Ermənistanın növbəti ekoloji terroru kimi qeydiyyata alınır. Məlum olduğu kimi, Azərbaycanın işğal altındakı ərazilərində təbii sərvətlərin qanunsuz istismarına xarici şirkətlər də cəlb edilib. Azərbaycan Ermənistanın bu cinayətləri ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edir.

Yeri gəlmişkən, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva jurnalistlərə açıqlamasında deyib ki, Ermənistanın Qarabağda işğal dövründə törətdiyi müharibə cinayətləri barədə 10 dekabr Ümumdünya İnsan Hüquqları Günündə yeni hesabat təqdim ediləcək.  O, həmin tarixdə yeni hesabatla bağlı mətbuata geniş məlumat veriləcəyini qeyd edib.

Erməni cinayətləri beynəlxalq müstəvidə ifşa olunur

S.Əliyeva noyabrın 24-də Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) 24-cü sessiyasındakı çıxışında da bu mövzuya diqqət çəkdiyini xatırladıb: “Bizim bütün tədbirlərimizdə əsas mövzu əlbəttə ki, Qarabağdır. İƏT yanındakı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası da bu mövzuda Azərbaycana yaxından dəstək olur. İƏT tərəfindən Xocalı soyqırımı genosid aktı kimi qəbul edilib, Bərdənin ermənilər tərəfindən bombalanmasına kəskin münasibət bildirilib, mütəmadi olaraq müxtəlif qətnamələr, qərarlar qəbul edilib. Birgə hesabatımız da təqdim olunacaq”.

Qeyd edək ki, sözügedən tədbirdə ekoloji cinayətlərin insanların sağlamlığına təsirindən danışan Səbinə Əliyeva Ermənistanın ərazilərimizdə törətdiyi ekoloji cinayətlərdən bəhs edib. Ombudsman işğal müddətində Ermənistan tərəfindən torpaqlarımızda basdırılmış minaların mülki əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə törətdiyini, onların öz doğma yurdlarına təhlükəsiz qayıdışına maneə yaratdığını, Birinci Qarabağ müharibəsindən bu günə qədər 3400-dən çox şəxsin mina qurbanı olduğunu diqqətə çatdırıb.

Ombudsman otuz ilə yaxın işğal müddətində ərazilərimizdə müxtəlif nadir bitki və heyvan növlərinin məhv edildiyini, su hövzələrinin zərərli maddələrlə çirkləndirildiyini bildirib.

İşğalçı ölkə milyardlarla dollar təzminat ödəməlidir

Ümumiyyətlə, bütün bu əməllərə  görə Ermənistan Azərbaycana milyardlarla dollar təzminat ödəməlidir. Qeyd etdiyimiz kimi, Ermənistanın törətdiyi bu əməllər müharibə cinayətləridir. Ermənistan münaqişə zonasından uzaqda yerləşən yaşayış məntəqələrimizi artilleriya atəşinə tutmaqla müharibə cinayətlərini İkinci Qarabağ savaşı zamanı da davam etdirib.  Rəsmi İrəvan bütün bu kimi müharibə cinayətlərinə görə məsuliyyət daşıyır. Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların, maddi və mənəvi ziyanın hesablanması Ermənistanın ədalət mühakiməsindən qaça bilməyəcəyini göstərir. Beynəlxalq məhkəmələrdə işğalçı ölkə böyük məbləğdə təzminat ödənilməsi tələbi ilə üz-üzə qalacaq. Bütün bunlar rəsmi İrəvanın törətdiyi əməllərinə görə cavab verəcəyinin mesajıdır.

Nardar BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Dekabr 2024 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see569

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see340

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see327

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see312

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see274

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see255

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see227

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see203

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see200

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see197

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see191

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see189

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see187

Ukraynanın məqsədi Rusiya ordusunun yanacaq təminatını çətinləsdirməkdir

07 İyul 2026 08:52see183

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see178

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see177

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see172

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see169

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

07 İyul 2026 23:57see165

Gəncədə faciə: 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

08 İyul 2026 02:23see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri