Dekabrın sonuna qədər razılığa gələ bilərlər
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fələstinin “HƏMAS” qruplaşması və İsrail rəhbərliyi dekabrın sonuna qədər girovların azad edilməsi ilə bağlı razılığa gələ bilərlər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Al Hadath” telekanalı yayıb.
Bildirilib ki, yaxın günlərdə Qəzza zolağında vəziyyətlə bağlı razılaşmaya dair bir neçə məsələnin həlli üçün israilli və misirli məmurların görüşü baş tutacaq.
Məlumata görə, razılaşmada iki maddə həll edilməmiş qalır, onların tərkibi isə açıqlanmır.
Telekanalın mənbəsinin sözlərinə görə, ilk olaraq azad ediləcək girov qadınların siyahısı razılaşdırılıb.
İsrailin “Ynet” portalı da öz növbəsində hazırda sərbəst buraxılacaq şəxslərin sayının müzakirə edildiyini yazıb.
Baxış sayı:38
Bu xəbər 17 Dekabr 2024 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















