Icma.az
close
up
RU
Dekan müavininin böhtan iddiası rədd edildi Naxçıvan Dövlət Universitetinin müəllimi bəraət aldı

Dekan müavininin böhtan iddiası rədd edildi Naxçıvan Dövlət Universitetinin müəllimi bəraət aldı

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Naxçıvan Dövlət Universitetinin (NDU) dekan müavini Abbas Əhmədov keçmiş müəllim Aysel Quliyevanın cəzalandırılması üçün məhkəməyə müraciət etsə də, şikayəti təmin olunmayıb.

BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, Abbas Əhmədov Aysel Quliyevanı xüsusi ittiham qaydasında məhkəməyə verərək onun barəsində sosial şəbəkələrdə və mediada həqiqətə uyğun olmayan məlumatlar yaydığını, böhtan və təhqir etdiyini iddia edib.

İddiada göstərilib ki, "Gündəlik Naxçıvan" adlı sosial səhifədə NDU-nun Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin bir qrup tələbəsi adından yayılan müraciətdə Abbas Əhmədovun tələbələrə qarşı kobud davranış göstərdiyi, onları döydüyü və təhqir etdiyi qeyd olunub. Dekan müavini isə həmin paylaşımların təşəbbüskarı və müəllifi kimi keçmiş müəllim Aysel Quliyevanı göstərib. O, həmçinin Aysel Quliyevanın tələbələrin olduğu qrupda da onun əleyhinə məlumatlar paylaşdığını iddia edib.

Məhkəmə araşdırması zamanı Abbas Əhmədovun iddiaları sübuta yetirilməyib. Şahid ifadələri də daxil olmaqla toplanmış materiallar əsasında onun şikayətinin əsassız olduğu müəyyən edilib.

Naxçıvan Şəhər Məhkəməsi Abbas Əhmədovun şikayətini əsassız hesab edərək rədd edib və Aysel Quliyeva barəsində bəraət hökmü çıxarılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://baku.ws
archiveBu xəbər 18 Noyabr 2025 08:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri