Icma.az
close
up
RU
Naxçıvan Dövlət Universitetinin uğurları və artan nüfuzu

Naxçıvan Dövlət Universitetinin uğurları və artan nüfuzu

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Regionun köklü və aparıcı ali təhsil müəssisələrindən biri olan Nax­çıvan Dövlət Universiteti (NDU) bu gün yalnız muxtar respublikanın de­yil, bütövlükdə, ölkəmizin elmi və akademik mühitində özünəməxsus yer tutur. Yarandığı gündən zəngin ənənələrə söykənən universitet müasir dövrün çağırışlarına cavab verən innovativ layihələri və yüksək səviyyəli kadr hazırlığı ilə fərqlənir.

Son 10 ilin inkişaf dinamikası

Son onillik universitetin tarixində key­fiyyətcə yeni mərhələ, hərtərəfli transfor­masiya dövrü kimi yadda qalıb. Bu illər ərzində həyata keçirilən köklü struktur və modernləşmə islahatları ali təhsil ocağının simasını əsaslı şəkildə dəyişib. Əmək ba­zarının sürətlə dəyişən tələblərinə uyğun olaraq, xüsusilə süni intellekt, informasi­ya texnologiyaları, proseslərin avtomat­laşdırılması, tibb və müasir pedaqogika istiqamətlərində onlarca yeni ixtisas açı­lıb. Qlobal təhsil şəbəkəsinə inteqrasiyanı təmin etmək üçün ingilisdilli ixtisasların tədrisinə xüsusi üstünlük verilir. Bu yeni­liklərin nəticəsində universitetə maraq il­dən-ilə artır və hazırda tələbələrin sayı 12 mini ötür.

Beynəlmiləl təhsil mərkəzi

NDU çoxsaylı xarici tələbələrin təhsil aldığı ali təhsil müəssisələrindən biri kimi beynəlxalq miqyasda nüfuz qazanıb. Dün­yanın müxtəlif ölkələrindən gələn yüzlərlə əcnəbi tələbə NDU-nun keyfiyyətli təhsil mühitindən yararlanır. Universitetin nəz­dində fəaliyyət göstərən Beynəlxalq Mək­təb qabaqcıl beynəlxalq təhsil proqramları­nın və xarici dillərin tədrisinin tətbiqi ilə bu prosesə mühüm töhfə verir.

İkili diplom proqramları NDU-nun bey­nəlxalq arenadakı ən böyük uğurlarından­dır. Universitet Türkiyə, Çin və Macarısta­nın aparıcı ali təhsil müəssisələri ilə strateji tərəfdaşlıq əlaqələri quraraq tələbələrə həm NDU-nun, həm də tərəfdaş universitetlərin diplomunu əldə etmək imkanı yaradır.

Eyni zamanda, təhsilin keyfiyyətini qlobal standartlara çatdırmaq üçün xa­rici ölkələrdən tanınmış professorlar və mütəxəssislər davamlı olaraq NDU-ya dəvət olunurlar. Onların söylədikləri müha­zirələr və ustad dərsləri akademik mühitə yeni nəfəs gətirir.

Zəngin elektron kitabxana və qlobal resurslara çıxış

Universitetdə təhsilin və elmi araşdır­maların rəqəmsal infrastruktura inteqrasi­yası istiqamətində mühüm addımlardan biri də müasir Elektron Kitabxana sisteminin qurulmasıdır. Kitabxanada tələbələr, ma­gistrantlar, doktorantlar və elmi-pedaqoji heyət üçün dünyanın qabaqcıl universitet­lərinin elektron kitabxanalarına, eləcə də qlobal akademik resurslara birbaşa çıxış imkanı yaradılıb. Bu rəqəmsal körpü NDU alimlərinə və tədqiqatçılarına dünya elmin­dəki ən son yenilikləri, məqalələri və nəşr­ləri operativ şəkildə izləmək, araşdırmala­rında onlardan istifadə etmək imkanı verir.

Genişmiqyaslı konfranslar, önəmli elmi nəşrlər

Son illərdə NDU-da təşkil olunan res­publika və beynəlxalq səviyyəli elmi konfransların əhatə dairəsi və miqyası əhəmiy­yətli dərəcədə genişlənib. Süni intellektin nəzəri və praktiki aspektlərinə, müasir mü­həndislik həllərinə, rəqəmsal texnologiya­lara və fundamental elmlərə həsr olunmuş konfranslar dünya alimlərini bir araya gə­tirən mühüm elmi platformaya çevrilib.

Bu elmi fəallığın məntiqi nəticəsi ola­raq, universitet alimlərinin, doktorant­larının və tədqiqatçılarının beynəlxalq nüfuzlu “Scopus” və “Web of Science” ba­zalarında indekslənən jurnallarda dərc olu­nan məqalələrinin sayında əhəmiyyətli ar­tım müşahidə edilir. Süni intellekt, neyron şəbəkələri, rəqəmsal siqnalların emalı və müasir telekommunikasiya arxitekturaları kimi prioritet sahələrdə aparılan araşdır­malar NDU-nun beynəlxalq reytinqlərdəki mövqeyini daha da möhkəmləndirir.

İnnovasiya mərkəzi

NDU nəzəri biliklərlə kifayətlənməyib, elmi nəticələrin tətbiqinə və startap ekosis­teminin qurulmasına xüsusi önəm verir. Universitetdə fəaliyyət göstərən İnnovasi­ya Mərkəzi tələbə və gənc tədqiqatçıların startap ideyalarını gerçəkləşdirmək, müasir proqramlaşdırma və mühəndislik layihələ­rini icra etmək üçün geniş imkanlar yaradır.

Bununla yanaşı, universitet şəhərciyin­də inşası nəzərdə tutulan və yaxın gələcək­də istifadəyə veriləcək texnopark regionun texnoloji inkişaf habına çevriləcək. Texno­park elmtutumlu layihələrin dəstəklənməsi, proqram təminatının hazırlanması və gənc mühəndislərin innovativ məhsullarını kom­mersiyalaşdırması üçün əlverişli şərait ya­radacaq.

Akademik heyətə qayğı

Universitetdə müəllim-professor heyə­tinin əməyi hər zaman yüksək qiymətlən­dirilir. Son dövrdə pedaqoji və elmi heyə­tin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb, universitet kollektivinin əməkhaqqı hiss olunacaq dərəcədə artırılıb. Eyni zamanda, elmi fəallığa, yüksək impakt faktorlu jur­nallarda dərc olunan məqalələrə və inno­vativ tədris metodlarına görə tətbiq edilən həvəsləndirmə mexanizmləri akademik heyətin elmi yaradıcılığa və innovasiyalara marağını daha da artırır...

Gələcəyə inam

Təhsildə rəqəmsallaşma, zəngin mad­di-texniki baza, müasir laboratoriyalar, ge­niş beynəlxalq tərəfdaşlıqlar və güclü kadr potensialı Naxçıvan Dövlət Universitetini regionun elm və təhsil mərkəzi kimi daha da irəli aparır. Zəngin keçmişə və parlaq gələcəyə malik olan bu elm və təhsil ocağı ölkəmizin intellektual potensialının güc­ləndirilməsi istiqamətində şərəfli missiya­sını uğurla davam etdirir.

Cavanşir ZEYNALOV,
Naxçıvan Dövlət Universitetinin professoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Noyabr 2026 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see319

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see305

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see280

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see277

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see274

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see261

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see252

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see240

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see234

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see233

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see233

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see230

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see229

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see227

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see212

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see212

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see209

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see209

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see203

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri