Icma.az
close
up
RU
Dələduzluq edən səfirlik əməkdaşı ilə bağlı qərar verildi

Dələduzluq edən səfirlik əməkdaşı ilə bağlı qərar verildi

Icma.az, Bizim media saytına istinadən bildirir.

Ali Məhkəmədə bir neçə vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən Eldəniz Rzayevin barəsindəki qərardan kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Qeyd: E.Rzayev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Araşdırmalar zamanı müəyyən edilib ki, E.Rzayev Bakıda bıçaqlanma hadisəsinə görə həbs edilmiş şəxsi azadlığa buraxdıracağı vədi ilə onun yaxınlarından 16 500 manat pul alıb. Bundan sonra E.Rzayev yüksək vəzifələrdə işləyən tanışlarının vasitəsilə Məmmədov Məhəmməd Cəbrayıl oğluna işlədiyi “Azərsun” Holdinqin nəzdində olan “İmişli Şəkər” zavodunda 268 000 manatlıq mənimsəmə faktına görə barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179, 308 və 314-cü maddələri ilə istintaq olunan cinayət işinin icraatına xitam verdirəcəyini deyib. O, zərərçəkmiş hüquqi şəxsə maddi ziyanın ödənilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verməklə, “Ayna Sultanova” heykəlinin yaxınlığında 60 000 manat, bundan bir neçə gün sonra vahid niyyətin davamı olaraq Məhəmməd Məmmədovun Rüstəm Məhərrəmov vasitəsilə göndərdiyi 15 000 manat pulu ələ keçirib və qarşı tərəfə 75 000 manat ziyan vurmaqla dələduzluq edib.
E.Rzayev ziyan vurduğu şəxslərə özünü Ədliyyə Nazirliyində işləyən yüksəkvəzifəli şəxsin qohumu, eyni zamanda Səudiyyə Ərəbistanı Krallığının Azərbaycanda yerləşən səfirliyində tərcüməçi vəzifəsində işləyən şəxs kimi təqdim edib. Həmçinin məlum olub ki, Eldəniz Rzayev illər əvvəl başqa şəxslərə qarşı da oxşar əməllər törədib və məhkum edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmlü E.Rzayevə 7 il 6 ay həbs cəzası verilib və ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti  təmin edilməyib. (Pravda.az)

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 İyun 2026 08:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see340

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see307

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see306

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see302

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see276

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see272

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see263

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see255

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see253

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see251

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see244

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see233

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see230

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see229

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see224

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see222

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see218

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see213

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see211

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri