Icma.az
close
up
RU
Dələduzluq edən FHN in sabiq əməkdaşı ilə bağlı QƏRAR KONKRET

Dələduzluq edən FHN in sabiq əməkdaşı ilə bağlı QƏRAR KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ali Məhkəmədə idmançı Kamil Zeynallı və daha 7 nəfərin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan “Oba Construction” tikinti şirkətinin müdiri Emil Ağayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, Emil Ağayev “Instagram”da tikinti, təmir və dizayn sahəsində fəaliyyət göstərən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan təsis etdiyi “Oba Construction” MMC adlı şirkətin səhifəsini yaradıb. Sonra Emil insanları inandırmaq üçün həmin səhifədə şirkətin güzəştli qiymətlərlə evlərin tikintisi, təmiri və dizaynını həyata keçirəcəyi ilə bağlı endirim kampaniyası elan etdiyi barədə yalan məlumatlar paylaşıb. 2022-ci ilin fevral ayının sonlarında fitnes məşqçisi Kamil Zeynallı Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən şəxsi mülkiyyətində olan həyətyanı torpaq sahəsində “Aframe” tipli evin tikilməsi ilə bağlı ona həmin sosial şəbəkə üzərindən müştəri kimi müraciət edib. Emil zərərçəkmişə özünü təmir-tikinti şirkətinin rəhbəri kimi təqdim edərək ona ümumi sahəsi 135 kv.m olan 2 mərtəbəli “Aframe” tipli evi 65 000 manat qiymətində 4 ay ərzində tikib təmir etməklə təhvil verəcəyinə yalan vəd verib. Kamil isə ona müxtəlif vaxtlarda ümumilikdə 20 000 manat pul verib. Təqsirləndirilən şəxs tikintiyə cəmi 7 010 manat pul xərcləməklə vəd verdiyi işi görməyi dayandırıb və zərərçəkmişə 12 990 manat ziyan vurub.

Cinayət materiallarında qeyd edilib ki, o, zərərçəkmişlərə 300 min manata yaxın maddi ziyan vurub. Məhkəmə istintaqında Emil Ağayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Lakin ayrı-ayrılıqda verilmiş mülki iddiaları qismən qəbul edərək ifadəsində göstərib ki, 2008-ci ildən 2018-ci ilə qədər Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsində işləyib. 2017-ci ildən etibarən isə o, tikinti sahəsində fəaliyyət göstərib. Qısa müddət ərzində o, öz tikinti şirkətini, yəni “Oba Construction” MMC-ni açıb. Bu şirkəti açmazdan əvvəl Emil uzun müddət fəhlə, usta və baş usta kimi çox yerlərdə işlədiyini söyləyib. Onun şirkətinin əsas fəaliyyəti – fərdi yaşayış evlərinin tikintisi ilə əlaqədar olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emil Ağayev 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Noyabr 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see208

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see208

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see200

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see188

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see181

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see172

Mirədalət Talışxanova hökm oxundu

04 Noyabr 2025 17:57see152

Gülnarə Xəlilovanın kolleksiyaları Rumıniya Parlament Sarayında təqdim olunub dizayner nüfuzlu mükafata layiq görülüb FOTO

03 Noyabr 2025 18:46see149

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see140

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see138

Səmaya nəzarət: JF 17 ilə Su 30 qarşı qarşıya Qafqazın həqiqi sahibi kimdir?

04 Noyabr 2025 12:18see138

Finlandiya Prezidenti: Zelenski və Putinin G20 sammitində görüşü mümkündür

04 Noyabr 2025 01:53see136

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see134

İstanbulda Qəzza üzrə zirvə görüşü başlayıb

03 Noyabr 2025 16:39see132

Keçmiş qayınanam üçün darıxıram

03 Noyabr 2025 19:48see128

Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 balıqçı xilas olundu Video

03 Noyabr 2025 16:38see128

İsraildə terrorçuların edam edilməsi haqqında qanun təsdiqlənib

04 Noyabr 2025 04:28see127

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see124

25 ildən sonra insanlar necə görünəcək? Mütəxəssislərdən xəbərdadlıq

03 Noyabr 2025 20:00see122

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri