Icma.az
close
up
RU
Dələduzluqla üzləşən vətəndaşın şikayətinə baxılmır

Dələduzluqla üzləşən vətəndaşın şikayətinə baxılmır

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Demək olar, ölkədə elə hər gün dələduzluqla bağlı ortaya yeni faktlar çıxır.

Daha dəqiq, dələduzluğa məruz qalan şəxslər üzləşdiyi problemin aradan qaldırılmamasından, şikayətlərinə qeyri-ciddi yanaşılmasından narazılıq edirlər. 

Gununsesi.info-nun redaksiyasına daxil olan bu şikayətdə də eyni hal özünü göstərir.

Belə ki, Sulutəpə ərazisindən torpaq alan vətəndaş Həsənov Teymur Nizami oğlu üzləşdiyi saxta sənəd probleminin həllini heç cür tapa bilmədiyini deyir.

O, bildirir ki, 2020-ci ildə aldığı torpaq sahəsinin sənədinin saxta olduğu üzə çıxsa da, ona qarşı müsbət heç bir addım atılmır:

“2020-ci ildə Sulutəpə ərazisində torpaq almışdım. Cəmi bir ildən sonra həmin torpaq ərazisində tikinti aparmaq istəyəndə, mənə verilən sənədin saxta olduğu məlum oldu. Dərhal bununla bağlı Binəqədi polisinə şikayət etsəm də, iş sonradan Nəsimi polisinə keçdi.”

Vətəndaş həmçinin onu da bildirir ki, dələduzluq edən şəxsi polis saxladıqdan bir gün sonra azad edib:

“Səbəbini bilmirəm, mənə də heç nə deyilmir, lakin Binəqədi polisi mənə saxta sənəd təqdim edən şəxsi saxladıqdan bir gün sonra azad edib. Hazırda heç yer şikayətimə baxmır.”

Şikayətçi vətəndaş Həsənov Teymur hətta ondan torpaq üçün pul alan şəxslərin əməllərini etiraf etdiyini də qeyd edir:

“Mənə torpaq satanlar məndən pul aldığını polisə etiraf edib, amma nə hikmətdirsə, hazırda nə mənə dəyən ziyan ödənilir, nə də istintaq yekunlaşır. Məsələ ilə bağlı dəfələrlə prokurorluqda olmuşam. Baş Prokurorluqda Fizuli Vəliyevin qəbuluna qədər girmişəm. Üstəlik, Nəsimi Prokurorluğu və polis rəisinin yanında oldum. Bütün bunlara baxmayaraq, hələ də bir nəticə yoxdur. Saxta sənədlə 14 000 manata torpaq satan və digər şəxslər barədə heçbir tədbir görülmədi…”

Vətəndaşın əlaqə nömrəsi:

070 323 43 03 

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Fevral 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri