Icma.az
close
up
RU
Dələduzluqla üzləşən gənc dostuna xəsarət yetirdi TƏFƏRRÜAT

Dələduzluqla üzləşən gənc dostuna xəsarət yetirdi TƏFƏRRÜAT

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakının Nəsimi rayonunda iki nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Şamaxı rayon sakini, 1997-ci il təvəllüdlü Sərvər “Toyota Aqua” markalı avtomobilin içərisində əvvəllər tanıdığı Zamiq (adlar şərtidir – red.) ilə mübahisə edib. 
Şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı Zamiqin baş və boyun nahiyələrinə əl, həmçinin baş zərbələri ilə vurub. 
Hadisəni törədən Sərvərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Sərvər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Zamiqi təxminən 2 ildir tanıyır: “Onunla dostluq münasibətlərimiz olub. Təxminən 3 ay bundan əvvəl mənə bildirdi ki, tanışı məni Dövlət Sosial Müdafiə Fonduna sürücü vəzifəsinə işə düzəldə bilər. Mən də bu səbəbdən onun tanışına 1400 manat verdim. Həmin iş alınmadığından ondan pulumu istədim. O, müxtəlif vədlər verərək məni aldatdı, daha sonra onunla əlaqəm olmadı”.
Təqsirləndirilən şəxs bildirib ki, həmin şəxslə onu Zamiq tanış etdiyi bu səbəbdən ziyan çəkdiyini bildirsə də, o, bu məsələdə kömək edə bilməyəcəyini bildirib: “Daha sonra Zamiqin haqqımda müxtəlif yerlərdə qeyri-etik tərzdə sözlər işlətdiyini öyrəndim. Bu səbəbdən hadisə günü, axşam saat 19:30-da məsələni aydınlaşdırmaq məqsədi ilə onu görüşə çağırdım. Orada olarkən mənə məxsus avtomobilə əyləşdik. Zamiqdən haqqımda başqa yerlərdə qeyri-etik ifadələr işlədib-işlətmədiyini soruşdum. O, həmin sözləri işlətdiyini təsdiqlədiyi və orada olan zaman da nalayiq ifadələr işlətdi. Buna görə də əsəbləşdim və onunla aramızda mübahisə başladı. Zamiq mənə əl atmaq istəyərkən onu qabaqladım və boynundan tutaraq onun burun nahiyəsinə 1 dəfə başım ilə vurdum”. 
Bu cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıb. 
Bu səbəbdən də Sərvərin barəsində olan cinayət təqibinə xitam verilib. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən o, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:27
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Yanvar 2026 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri