Icma.az
close
up
RU
Delimitasiya prinsipi: “Şimaldan cənuba” hansı anlama gəlir?

Delimitasiya prinsipi: “Şimaldan cənuba” hansı anlama gəlir?

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Azərbaycan və Ermənistanın sərhədin delimitasiyası üzrə komissiyalarının 16 yanvarda keçirilən 11-ci görüşündə razılıq əldə edib: delimitasiya üzrə kompleks işləri şimal istiqamətindən – Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin qovuşma nöqtəsindən cənub istiqamətinə - Azərbaycan, Ermənistan və İran sərhədinə qədər aparılacaq;

Bu, Bakı-İrəvan xəttində əhəmiyyətli razılaşmadır, hərçənd, açıq qalan məqamlar var:

1. Sərhədin hansı prinsiplə delimitasiya ediləcəyi hələ də tam müəyyən edilməyib: İrəvanın Almatı Bəyannaməsinə (SSRİ dağılanda mövcud xətlər üzrə) istinad edilməsi istəyi Bakının maraqlarına uyğun deyil;

2. Tərəflərin sülh sazişində razılaşmadan tədricən uzaqlaşdığı (xüsusilə Əliyev və Paşinyanın son bəyanatları diqqət çəkir) müşahidə edildiyi vaxt sərhəd razılaşmasının əldə edilməsi maraqlıdır.

İstisna deyil ki, Bakı və İrəvan delimitasiya məsələsinə yanaşmasını dəyişməyib. Ortaq mövqe delimitasiyanın hissə-hissə aparılması prinsipindədir, əldə olunan razılaşma da bu fikri önə çıxarır, lakin hər iki tərəfin prosesi öz marağına uyğun idarə etmək cəhdləri də görünür.

Ermənistan bu razılaşma ilə şimaldan cənuba qədər uzanan bütöv sərhədin delimitasiyasında Qazax-Tavuş istiqamətinin müəyyən edilməsində tətbiq edilən prinsipin (Almatı Bəyannaməsinə istinad) əsas götürülməsinə çalışır: bununla SSRİ dövründə ermənilərə bağışlanan ərazilər üzərində legitimlik qazanmağa, eləcə də Azərbaycan Ordusunun strateji yüksəkliklərdən geri çəkilməsinə nail ola biləcəklərinə ümid edirlər (cari dövr üçün əsas istəkləri 2022-ci ilin sentyabr döyüşlərində Ordumuzun İstisu (Cermuk) istiqamətində nəzarətə götürdüyü yüksəkliklərdən çəkilməsidir); razılaşmada delimitasiya prinsipi əksini tapmadığı üçün Almatı Bəyannaməsinə istinad edilən 19 aprel 2024-cü il sənədi aktual olaraq qalır.

Azərbaycanın hədəfi və planı nədir, bu razılaşma nəyə hesablanıb?

Bakı delimitasiya prinsiplərini sülh sazişində dəyişdirmək və 19 aprel razılaşmasını korrekt etmək imkanını özündə saxlayır. Lakin 16 yanvar razılaşması səbəbsiz görünmür. Və razılaşmada ən mühüm detal “şimaldan cənuba” prinsipidir: proses Gürcüstanla sərhəd qovşağından İranla sərhəd qovşağına doğru həyata keçirilməlidir.

Bu, Azərbaycana delimitasiya prosesini şimal istiqamətində davam etdirmək imkanı verir. Bura niyə önəmlidir?

1. Delimitasiyanın Qazax-Tavuş istiqamətindən başlanması Azərbaycana anklav olmayan 4 kəndi azad etmək imkanı yaratdı və prosesin yenə bu istiqamətdə davam etdirilməsi Qazaxın anklav kəndlərinin azad edilməsini əsas müzakirə mövzusuna çevirəcək;

2. Delimitasiyanın uzunmüddətli olduğunu nəzərə alsaq, xüsusilə anklavların həlli məsələsinin mürəkkəbliyi fonunda, prosesin Ermənistanın istədiyi istiqamətlərdə irəliləməsini – İstisu istiqaməti başda olmaqla cənuba doğru – arxa plana keçirir və bu, ermənilərin, eləcə də Qərbdəki dəstəkçilərinin “Azərbaycan Ordusu Ermənistan ərazisindədir” iddiaları üzərindən apardıqları kampaniyanın da aktuallığını azalda bilər;

3. Qlobal dəyişikliklər, xüsusilə Trampın hakimiyyətə qayıdışı Cənubi Qafqazdakı hadisələrin də inkişafına təsir edəcək və Bakı-İrəvan danışıqları bu prosesdə əsas “siyasi döngə” rolunu saxlayacaq: regionda toqquşan maraqlar güc mərkəzlərinin Azərbaycan-Ermənistan problemlərindən bölgəyə “müdaxilə” üçün yararlana biləcəyi gözləntisini də önə çıxarır və istisna deyil ki, xüsusilə Qərb qüvvələri sərhəd məsələsini – “Ermənistan ərazisinə müdaxilə” iddialarını istifadə edə bilər; bu kontekstdə şimaldan cənuba doğru delimitasiyanın aparılması ilə bağlı məsələ maraqlı oyunçuların “sərhəddən giriş” imkanlarını neytrallaşdırmağa imkan verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://axar.az
archiveBu xəbər 17 Yanvar 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri