Icma.az
close
up
RU
Şimaldan Cənuba qlobal nəqliyyat körpüsü

Şimaldan Cənuba qlobal nəqliyyat körpüsü

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, oktyabrın 13-də Bakıda Azərbaycan, Rusiya və İran arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələlərinə həsr olunan üçtərəfli görüş keçirilib.

Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Baş nazirin müavini Şahin Mustafayev, Dövlət Komissiyasının İran tərəfindən həmsədri yol və şəhərsalma naziri Fərzanə Sadeqi və Rusiya Baş nazirinin müavini Aleksey Overçukun iştirak etdikləri görüşdə “Şimal – Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan Qəzvin – Rəşt –Astara (İran) – Astara (Azərbaycan) dəmir yolunun Rəşt – Astara hissəsinin tikintisinin davam etdirilməsi, eləcə də nəqliyyat-tranzit, enerji və gömrük sahəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafı məsələləri müzakirə olunub.

Söhbət zamanı, həmçinin “Şimal – Cənub” beynəlxalq nəqliyyat dəhlizinin potensialından tam şəkildə istifadə edilməsi üçün “Rəşt – Astara” dəmir yolu xəttinin inşasının, eləcə də dəhlizin komponentlərindən olan müvafiq dəmir yolu terminalının tikintisinin tamamlanmasının əhəmiyyəti qeyd olunub.

Həmin görüşün nəticələrinə dair qəbul olunmuş kommünikedə isə “Şimal – Cənub” beynəlxalq nəqliyyat dəhlizi boyunca nəqliyyat, sərhəd və gömrük əməliyyatlarının rəqəmsallaşdırılmasının zəruriliyi vurğulanıb. Sənədə əsasən, dəhliz boyunca sərhəd-keçid prosedurları sadələşdiriləcək. Bununla yanaşı, sənəddə Araz çayı üzərində “Ağbənd-Kəlalə” avtomobil yolu körpüsünün tikintisinin, o cümlədən sərhəd-buraxılış məntəqələrinin inşası üzrə işlərin yekunlaşdırılmasının üçtərəfli əlaqələrin möhkəmləndirilməsinə töhfə verəcəyi vurğulanıb.

Kommünikeyə əsasən, Azərbaycan, İran və Rusiyanın gömrük, sərhəd və nəqliyyat qurumlarının nümayəndələrindən ibarət avtomobil daşımaları üzrə xüsusi işçi qrup yaradılıb. Bundan da məqsəd “Şimal – Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə daşımaların həcminin 15 milyon tona çatdırılmasından ibarətdir.

Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov bildirdi ki, qonşu ölkələr arasında əməkdaşlıq imkanlarına dəstək verən Xəzər İnşaat Həftəsi tikinti sektorundan dünyaya qapı açır, regional, həm də qlobal inkişaf baxımından çox önəmlidir. O cümlədən Azərbaycan, İran və Rusiya prezidentlərinin 2016-cı il 8 avqust tarixli Bəyannaməsinin və 2017-ci 1 noyabr tarixli Birgə Bəyanatının müddəalarına əsaslanan kommünikedə iqtisadi münasibətlərin inkişafı, qarşılıqlı ticarətin təşviqi, təhlükəsiz və etibarlı iqtisadi tərəqqi mühitinin formalaşdırılması, regional və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, birgə enerji layihələrinin reallaşdırılması kimi məsələlər öz əksini tapıb.

Aqil Əsədov daha sonra qeyd etdi ki, kommünike “Şimal – Cənub” nəqliyyat dəhlizinin tam istismara hazırlanmasına öz dəstəyini verməklə üzv ölkələrin tranzit imkanlarını daha da artıracaq. Sənəd nəqliyyat dəhlizləri boyunca infrastruktur təminatın sinxronlaşdırılmasını da özündə əks etdirir ki, bu da dəhlizin tam potensialı ilə işləməsinə şərait yaradacaq: “Kommünikenin diqqəti cəlb edən daha bir vacib bəndi avtomobil daşımaları üzrə xüsusi işçi qrupun yaradılması ilə bağlıdır. Gömrük, sərhəd, nəqliyyat və s. əlaqədar qurumların nümayəndələrinin təmsil olunacağı işçi qrup sərhəd-buraxılış prosedurlarını sinxronlaşdırmağa, birgə koordinasiyaya, tranzit daşımalarla bağlı məlumatların qarşılıqlı mübadiləsinə kömək edəcək ki, bu da intensivliyi artıracaq, yük cəlbediciliyinə müsbət təsir göstərəcək”.

Aqil Əsədov onu da bildirdi ki, tranzit daşımaların təşviqi məqsədilə üç ölkənin gömrük qurumlarının qarşılıqlı fəaliyyəti üçün üçtərəfli işçi qrupun formalaşdırılması da olduqca mühüm məsələdir. Ümid edilir ki, kommunike “Şimal – Cənub” beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Rəşt-Astara dəmir yolunun tikintisini daha da tezləşdirəcək, regionda uzunmüddətli üçtərəfli inkişaf mühiti formalaşdıracaq.

İqtisadçı ekspert Eldəniz Əmirov isə “Şimal – Cənub” nəqliyyat dəhlizi konsepsiyasının əslində 1976-cı ildə Parisdə qoyulduğunu xatırladaraq bildirdi ki, o zaman bununla bağlı dialoqa 27 ölkə qoşulub. Dolayı dəniz marşrutu adlanan ənənəvi xətt Mumbai, Hindistan şəhərindən başlayır, Ərəbistan dənizi, Bab əl-Ədəm boğazı, Qırmızı dəniz, Süveyş kanalı və Aralıq dənizi vasitəsilə Şimal limanlarına çatır. Bu marşrut üzrə daşınmalar, təxminən, 45-60 gün davam edir.

Onun sözlərinə görə, Azərbaycan üzərindən keçən marşrut isə Rusiya və İran üçün birbaşa daha qısadır və təxminən, 7 min 200 kilometr təşkil edir: “Coğrafi baxımdan və trayektoriya üzrə bir neçə faiz daha qısadır. Gün baxımından da vaxt qənaəti təmin edir, xərclər isə, təqribən, 15-20 faiz daha azdır. Ən əsası, təhlükəsizlik baxımından üstünlük təmin edir. Bu baxımdan Hindistan, İran, Azərbaycan və Rusiya marşrutu “Şimal – Cənub” dəhlizinin ən müasir, dayanıqlı və təhlükəsiz marşrutu kimi çıxış edə bilər. Lakin bunun şərti ondan ibarətdir ki, Rusiya və İran öz dəhliz infrastrukturlarını inkişaf etdirərək Qərb ilə münasibətlərini normallaşdırsınlar. Əslində, Rusiya tərəfdə bu qədər problem yoxdur. Rusiya öz seqmentini müəyyən səviyyədə inkişaf etdirə bilir. Azərbaycan isə bu ölkələr arasında öz dəhliz infrastrukturunu ən yüksək səviyyədə təmin etmiş ölkələrdən biridir”.

Bununla belə, İranla bağlı vəziyyətin fərqli olduğunu vurğulayan iqtisadçı ekspert qeyd etdi ki, bir müddət əvvəl körfəzdə limanın partladılması dəhlizə ciddi zərbə vurub. Onun sözlərinə görə, bu zərər təkcə maddi baxımdan deyil, həm də belə hadisələr investorların və logistik şirkətlərin inamına da mənfi təsir göstərir, çünki ölkə öz-özünə yükləri daşımır, bütün yük daşımalarını şirkətlər həyata keçirir. Bu baxımdan İran limanlarında və ümumilikdə, ölkədə təhlükəsizliyin təmin olunması “Şimal – Cənub” dəhlizinin perspektivi üçün kritik əhəmiyyət daşıyır.

E.Əmirov hesab edir ki, Rusiyada müharibənin bitməsi dəhlizin gələcəyi üçün çox önəmlidir: “Əgər dəhliz Rusiyadan Avropaya keçməsə, onun perspektivi məhdud olacaq. Bu marşrut Rusiyadan Avropaya, həmçinin Skandinaviya ölkələrinə qədər uzanmalıdır. Əgər bu şərtlər təmin olunsa, o zaman hər bir böyük ölkənin “Şimal – Cənub” dəhlizindən yararlandığını görəcəyik, o cümlədən Azərbaycan da bundan fayda götürəcək”. Ekspertin fikrincə, Rusiya və İranla Qərb arasında münasibətlər normallaşdıqdan sonra Zəngəzur dəhlizi də bu marşrutun bir seqmenti kimi ölkə iqtisadiyyatına, xüsusilə işğaldan azad olunmuş ərazilərimizə əhəmiyyətli töhfəsini verəcək, eyni zamanda, Ermənistan, Rusiya, İran, Türkiyə üçün müsbət nəticələr gətirəcək.

İqtisadçı ekspert onu da qeyd etdi ki, 2000-ci ildə Rusiya, İran, Hindistan və Oman Sankt-Peterburqda bu dəhlizin yaradılması ilə bağlı sazişi qəbul etdilər və Azərbaycan da həmin prosesə qoşuldu. Onun sözlərinə görə, ümumilikdə, bugünə qədər 13 ölkə sənədi ratifikasiya etsə də, layihənin əsas icraçıları Hindistan, İran, Azərbaycan və Rusiyadır.

Xatırladaq ki, XXI əsrin strateji layihələrindən olan “Şimal – Cənub” nəqliyyat dəhlizi Hindistanın Körfəz regionundan başlayaraq İran, Azərbaycan və Rusiya üzərindən Avropayadək, təxminən, 7 min 200 kilometr məsafə qət edir. Bu marşrut Asiya və Avropa arasındakı yük daşımalarını sürətləndirir, nəqliyyat xərclərini azaldır və region ölkələrinin iqtisadi inkişafına təkan verir. Hazırda “Şimal-Cənub” dəhlizi vasitəsilə ildə, təqribən, 3 milyon ton yük daşınır. Yaxın gələcəkdə isə bu göstəricinin 15 milyon tona çatdırılması planlaşdırılır ki, bu da dəhlizin beynəlxalq ticarətdə tutduğu rolu daha da möhkəmləndirəcək.

Hazırda yük daşımalarının müddəti ənənəvi marşrutlara nisbətən 30-40 faiz azalaraq, ticarət subyektlərinə vaxt və vəsait baxımından böyük üstünlüklər yaradır. Eyni zamanda, nəqliyyat və logistika xərclərində 20-30 faizə qənaət əldə edilir ki, bu da məhsulların rəqabət qabiliyyətini artırır.

“Şimal – Cənub” dəhlizi Azərbaycan üçün təkcə tranzit yol deyil, həm də iqtisadiyyatın gücləndirilməsi üçün əvəzsiz bir vasitədir. Ölkəmizin bu layihədə fəal iştirakı onu regionun nəqliyyat-logistika mərkəzlərindən birinə çevirməklə tranzit potensialını artırır. Beynəlxalq arenada “Şimal – Cənub” dəhlizinin təşviqində xüsusi fəallığı ilə seçilən Azərbaycan regional əməkdaşlıq platformalarında yaxından iştirak edir və investisiya cəlb edir. Bu isə ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsinə şərait yaradır. Nəticədə, Azərbaycan “Şimal – Cənub” nəqliyyat dəhlizində təkcə tranzit ölkə kimi deyil, həm də regionun əsas nəqliyyat-logistika mərkəzi kimi öz mövqeyini sürətlə gücləndirir. Eyni zamanda, logistika sektorunda iş yerlərinin sayı son illərdə 25 faizdən çox artaraq 10 mini ötüb. Bu isə ölkə iqtisadiyyatının şaxələnməsi və məşğulluğun artırılması baxımından vacibdir.

Mirbağır YAQUBZADƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Oktyabr 2025 08:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see274

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see269

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see207

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see202

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see195

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see180

“Tədbirlər qarşılıqlı əlaqələri daha da gücləndirir”

13 Oktyabr 2025 19:08see168

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see155

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see147

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see140

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see140

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see135

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see134

44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri VIII HİSSƏ

13 Oktyabr 2025 12:46see131

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see131

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see130

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see130

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see128

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see127

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri