Icma.az
close
up
RU
Dəm qazından ölümlər artır Azəriqazdan əhaliyə XƏBƏRDARLIQ

Dəm qazından ölümlər artır Azəriqazdan əhaliyə XƏBƏRDARLIQ

Icma.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlərdə dəm qazından zəhərlənmə və ölüm halları kəskin artıb. Havaların soyuması ilə əhali evdə qızdırıcı vasitə kimi qaz cihazlarından istifadə edir. Yalnış istifadə zamanı isə, bunun bədbəxt hadisələrlə bitir.  “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu mövzu ilə bağlı Sitat.info-ya açıqlama verib.

O bildirib ki, qaz cihazlarından istifadə zamanı texniki göstəricilər qaydasında olmalıdır: "Dəm qazı natamam yanma məhsuludur. Onun yaranmaması üçün qaz borusunda tam yanma prosesi getməlidir. 1m³ metan qazının tam yanması üçün 10m³ hava lazımdır. Yəni, həmin qaz borusu istifadə edilən məkanda hava axını təmin olunmalıdır, ventilyasiya kanalı olmalıdır, otaq daimi olaraq oksigenlə təmin edilməlidir. Həmin otaqda dəm qazı sızıntısını aşkar edən, vaxtında siqnal verən qaz dedektoru yerləşdirilməlidir. Dəm qazının yaranmaması üçün qızdırıcıların havasorucu borularının yaxşı işləməsinə nəzarət edilməlidir, qapalı mühitdə qaz yandırılarkən mütləq nəfəsliklər açıq olmalıdır". 

 E.Vəliyevin sözlərinə görə, bu mövzuda tüstü bacalarının düzgün quraşdırılmasının önəmini  diqqətə almaq lazımdır: "Dəm qazını yaradan digər amillərdən biri də tüstü bacalarının işlək vəziyyətdə olmaması və ya düzgün quraşdırılmamasıdır. Bacalar standarta uyğun quraşdırılmalıdır, hər hansı bir divardan və ya pəncərədən çölə çıxarılmış nazik təbəqəli boru  tüstü bacası kimi istifadə edilməməlidir. Əlavə olaraq, bacalar ildə bir dəfə təmizlənməlidir və bununla bağlı qaz idarəsinə məlumat verilməlidir"

 Eldəniz Vəliyev dəm qazından zəhərlənmənin əlamətlərini qeyd edib: "Dəm qazı ilə yüngül zəhərlənmə zamanı insanda başgicəllənmə, baş ağrısı, quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxır. Daha ağır zəhərlənmə zamanı isə qıcolma, huşun itməsi və insanın anlaqsız vəziyyətə düşməsi müşahidə olunur. Dəm qazı məsuliyyətsizlik və qazdan düzgün istifadə qaydalarına əməl etməməkdən yaranmış hallardır. Əgər biz bu haqda məlumatlı olub, düzgün istifadə qaydalarına əməl etsək, dəm qazının yaranmasının və bununla bərabər, ölüm hallarının qarşısını ala bilərik".

Türkanə Muradlı
Sitat.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://sitat.info
archiveBu xəbər 05 Noyabr 2024 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri