Demçenko: “Bəzi futbolçular qələbəni kifayət qədər istəmirdi”
Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Misli Premyer Liqasının XXXI turunun “Sumqayıt” – “Araz-Naxçıvan” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Andrey Demçenko fikirlərini bölüşdü:
Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları bildirdi:
– Bu gün oyunumuz alınırdı. Yaxşı imkanlarımız oldu, amma istifadə edə bilmədik. Məğlubiyyətdə özümüz günahkarıq. Rəqib sadə səhvlərimizdən yararlandı. Fasilədən sonra qol vurduq, irəli atıldıq. Oyunu idarə edən tərəf biz idik. Amma sonra avtoqolla məğlub olduq. Meydanda qələbə üçün “ölməlisən”. Bütün gücünü ortaya qoymalısan. İşin yarısı elə budur. Hamı bacardığını etməlidir. Bəzi futbolçular qələbəni kifayət qədər istəmirdi. Qalib olmaq üçün 100, 150 faizini meydanda qoymalısan. Kimsə axsayırsa, bütün komanda əziyyət çəkir.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 09 May 2026 21:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















