Icma.az
close
up
RU
Dəmir atlı qəhrəmanın qardaşı Müharibənin odundan ÇIXANLAR

Dəmir atlı qəhrəmanın qardaşı Müharibənin odundan ÇIXANLAR

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Sağlığında öyünürdüm, şəhid olandan sonra isə onunla qürur duydum”

Cazibə qüvvəsi ölçüyə gəlməyən, fəlsəfə nöqteyi-nəzərdən təhlilinə xeyli zaman ayıra biləcəyimiz, insanın cismani və ruhani varlığını ifadə edən bu cümləni onun düşünərək və ya anidən dilinə gətirməsi mənim üçün gözlənilən idi. Çünki illərdir ki, həmsöhbət olduğum və dərdin dərin qatına enənlərin belə fikir-möcüzələrinin sehrindən çıxa bilmirəm. Bundan sonra da çətin çıxam…

Onların ailəsi evin böyük övladı hərbçi peşəsini seçəndən sonra “kəndlərimiz atəşə tutuldu”, “sərhəddə insident yarandı” kimi müharibə xəbərlərinə sanki öyrəncəli olmuşdu. Övladı hərbçi və ya hərbi xidmətdə olan ailələrin ən böyük ağrısı şəhid xəbərləri idi.

İtkinin yerinin dolmadığını onlar da yaxşı bilirdilər
İllərdir davam edən və dizləri yeyilən şalvara vurulan yamaq kimi bir sapdan asılı qalan Qarabağ müharibəsinin başlanğıcı bəlli olsa da, bitməyini proqnozlaşdırmağın çətinliyi heç kimə əlini-qolunu  çırmayıb arzularını həyata keçirməyə imkan vermirdi. Birdən “nəsə olar” tiyəsi kor bıçaq kimi asılırdı hamının ürəyinin başından və başlayırdı xırda-xırda oymağa…
Qardaşının hərbçi olması, tankçı peşəsini seçməsi, əslində, onun ürəyincə idi. Ona elə gəlirdi ki, o, qardaşının yanında olmayanda ona arxa, dayaq, hətta qardaş olan tankı var. İllər sonra o tankın qardaşını niyə qoruya bilmədiyini özünə dərd edəcəkdi və cavabsız suallara özü döyüşlərə qatılandan sonra cavab tapacaqdı: Müharibə çox amansızdır, anaların göz yaşına da acımır…
Sükutu belə qənimimizə çevrilən ötən əsrdən fərqli olaraq, varlıqla yoxluq, “öyünmək”lə “qürur duymaq” arasındakı uzun, incə bir yolun bu gün öz başlanğıcını 44 günlük Vətən müharibəsindən götürməsi yaşadığımız əsri gözümüzdə müqəddəsləşdirdi, necə deyərlər, əlçatmaz etdi. Azadlığın, xilaskarlığın, bir sözlə, Qarabağın simvoluna çevrildi…
Düşmən tərəfdə qalan Qarabağı azad etmək üçün tank komandiri qardaşının sorağının Aprel döyüşlərindən sonra Lələtəpədən gəldiyini eşidəndə valideynləri kimi həyəcanlanmışdı, ancaq həm də qürur duymuşdu. Müqəddəs bildiyimiz torpaqlara ilk dəfə ayaq basanların hansı hissləri yaşadığını qardaşının sevincdən alışıb-yanan gözlərində, bir də göz yaşlarında görmüşdü. İşğal altındakı torpaqların azadlığına qovuşmasını belə qardaşı Əlimərdansız təsəvvür etməzdi. Həmişə arzulayırdı ki, bütün döyüşlərdə qardaşının yanında olsun, düşməndən birlikdə qisas alsınlar. O günə isə hələ çox vardı…

Polis serjantı Həmid Quliyev 1999-cu ildə Bakıda doğulub. Sumqayıtdakı Tofiq İsmayılov adına 29 nömrəli tam orta məktəbi bitirdikdən sonra 2017-ci ildə həqiqi hərbi xidmətə yollanıb. 2019-cu ilin yanvarında həqiqi hərbi xidmətdən tərxis olunub. Ayaqlarından əsgər çəkmələrinin döyənəyinin yeri unudulmamış “müharibə başladı”  xəbərini alan kimi Müzəffər Ali Baş Komandanın çağırışına qoşulanların ilk sırasında özünə yer tutub. Əvvəlcə Füzuli istiqamətində düşmənin həmləsini dəf ediblər. Sonra topraqlarımızın azadlığı üçün Cəbrayılda, Qubadlıda döyüşüb.

1941-1945-ci illər müharibəsində tankları ilə faşist mövqelərini darmadağın edən general-mayor Həzi Aslanov kimi tank komandiri qardaşının da öz “dəmir atı” ilə düşmənə aman vermədiyini bilirdi. Hərdən imkan tapıb valideynləri ilə danışanda onlara ürək-dirək verir, qələbənin çox yaxında olacağını, sağ-salamat evə dönəcəklərini deyirdi.

Bu dəfə də arzular müharibənin reallıqlarına təslim olur
Qardaşı baş leytenant Əlimərdan Quluzadə oktyabrın 6-da Füzuli-Cəbrayıl istqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O, Müzəffər Ali Baş Komandan tərəfindən “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Sabitliyi qorumaq üçün keşikdədir…

Həmid Quliyev Vətən müharibəsi bitdikdən sonra polis olmağı qarşısına məqsəd qoyub. 2021-ci ildə daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazovun keçirdiyi sıra baxışında iştirak edərkən şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğının şahidi olub. Deyir ki, həmin gün növbəti mərhələyə buraxılanda bir daha əmin olub ki, sinəsi möhtərəm Prezidentimizin verdiyi medallarla qürurdan qabaran Azərbaycan gəncliyi layiq olduğu yerlərdə mövqe tutur, irəli çəkilir.

Yeri gəlmişkən, həmkarımız da “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Hazırda Sumqayıt Şəhər Polis İdarəsinin Post-Patrul Xidməti Taborunun əməkdaşıdır.


Hafiz Təmirov,
polis polkovniki 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Aprel 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri