Icma.az
close
up
RU
“Dəmir yığıram, dəmir” deyən adamlar: Onlar necə dolanır? Kilosu 30 qəpikdir (FOTOLAR)

“Dəmir yığıram, dəmir” deyən adamlar: Onlar necə dolanır? Kilosu 30 qəpikdir (FOTOLAR)

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Səhər saatlarında paytaxtın məhəllələrindən biri xüsusi bir səslə dolur: “Dəmir yığram, dəmir! Köhnə dəmir əşyaları olanlar gəlsin!”. Bu çağırış dəmir, mis, köhnə metal əşyaları ev sahiblərindən alıb metalloma təhvil verən insanların gününə başlama işarəsidir. Onların ayaq izləri şəhərin digər ritmləri kimi görünməz olsa da, hər biri bir ailənin dolanışığını daşıyır.
Orxan da onlardan biridir. 30 yaşı var. Musavat.com-a danışarkən üzündə həm yorğun, həm də bir az da qənaətbəxş təbəssüm sezilir. O deyir ki, dəmirin kilosunu 30 qəpiyə, misin kilosunu isə 11 manata alırlar. Bir neçə nəfər birləşib bu işi görürlər — məqsəd sadədir: “Özümüzü belə dolandırırıq. 30 yaşım var, başqa işlə məşğul olmuram. Çörəyimi dəmir satmaqdan çıxarıram. Nə edim, necəsə dolanmalıyam da. Tezdən başlayıb axşam saat 5–6-ya kimi küçələri dolaşıram ki, bəlkə, kimsə əşyasını təhvil verdi”.
Orxanın sözlərində sabit gəlirin yoxluğu, həyatın qeyri-müəyyənliyi özünü aydın göstərir: “Bu iş qumar kimidir,” - deyir o.
“Elə gün olur ki, 10–15 manat qazanırıq, elə də olur ki, iki gün cibim pul görmür”.
Hər günün taleyi qaytarılmayan, gözlənilməz gəlirlə ölçülür. Yazın küləyi, yayın isti, qışın şaxtası — hamısı onların işinin ayrılmaz hissəsidir.
Əllərinə baxanda sözün əsl mənasında həyatın izlərini görürsən: “Əllərim cadar-cadardır. Küçə insanı qocaldır”. Bu söz təkcə fiziki yorğunluğu yox, küçə həyatının insan üzərindəki əzici təsirini də dilə gətirir. Dəmir-köhnə əşyaları toplayıb metalloma təhvil vermək onların zəruri ehtiyacından doğur — əvəzində yeməyə, kirayəyə, gündəlik xərclərə pul çıxır.
Orxanın izahı qısa və səmimidir: “İndi asan iş var ki? Amma dolanmaq lazımdır da. Başqa necə dolanaq? Biz bu işlə hələ kirayə qalırıq. Mən subayam, elə adam var ki, dəmir yığmaqla ailə saxlayır. Əslində, bu, iş deyil, sadəcə ölməmək üçün, qarnımızı tox saxlamaq üçün məcburən gördüyümüz işdir.”
Onların işi görünməz əməklə doludur: gündəlik az-çox gəlir üçün yorulmaq, soyuqda donmamaq, yağışda əşyaları korlamamaq, bəzən heç sifariş gözləmədən əli boş qayıtmaq.
Bu insanlar üçün küçə həm maaş, həm məkan, həm də düşərgədir. Orxanın səmimi sözləri bu gerçəkliyi belə yekunlaşdırır: “Dəmir yığmaq bizim üçün ixtisas deyil — yaşamaq sənətidir”.
Günorta saatlarında Orxanın çağırışı məhəllənin divarından əks-səda verir: “Dəmir yığıram, dəmir!”. Səs itdikcə küçə sakitləşir, amma onun və onun kimilərinin savaşı — hər kilo üçün verilən mübarizə — davam edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Oktyabr 2025 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see207

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see196

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see186

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see186

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see159

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see159

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see157

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see149

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see147

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see141

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri