Icma.az
close
up
RU
32 ildən sonra Ağdam Dəmir Yolu stansiyasında FOTOLAR

32 ildən sonra Ağdam Dəmir Yolu stansiyasında FOTOLAR

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

32 ildən sonra Ağdam Dəmir Yolu stansiyasında - FOTOLAR
 

32 ildən sonra “Azərbaycan Dəmir Yolları” QSC Bakı–Ağdam–Bakı sərnişin qatarını sakinlərin istifadəsinə verib. 

Avqustun 30-da ilk qatarın sərnişinləri arasında ziyalılar, yazıçılar, tanınmış şəxslər, media nümayəndələri və Ağdam sakinləri olub.

Ağdamın işğaldan azad olunmasından sonra ilk səfərin baş tutması alqışlarla qarşılanıb. Qonaqları Ağdam Dəmir Yolu və Avtovağzal kompleksində ictimaiyyət nümayəndələri qarşılayıb.

Həmçinin “Azərbaycan Dəmir Yolları” QSC-nin təşkilatçılığı ilə Bakı-Ağdam qatarının açılış mərasimi baş keçirilib. Bu tarixi günlə əlaqədar bir sıra tanınmış ictimaiyyət nümayəndəsi mərasimdə təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, hərəkət cədvəlinə əsasən, qatar şənbə günləri Bakıdan saat 07:00-da yola düşəcək, Ağdama 11:53-də çatacaq. Ağdamdan saat 18:20-də çıxan qatar isə saat 22:55-də Bakı Dəmiryol Vağzalında olacaq.

Sərnişinlər marşrut üzrə Bakı, Biləcəri, Ucar, Ləki, Yevlax, Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyalarından istifadə edə biləcəklər.

Sərnişinlərə "standart", "standart+", "biznes" və "birinci sinif" üzrə səyahət paketləri təklif olunacaq. Bakıdan Bərdə və Köçərli stansiyasına, Təzəkənd dayanacağına biletlərin minimum qiyməti 12 AZN, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinə isə 12,80 AZN təşkil edir.

Modern.az saytı Ağdam Dəmir Yolu stansiyasından fotoları təqdim edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Avqust 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri