Icma.az
close
up
RU
Dəmir yollarının lokomotiv parkı müasirləşdirilir

Dəmir yollarının lokomotiv parkı müasirləşdirilir

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu məqsədlə Çindən yeni yük və sərnişin elektrovozları alınır

Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin heyəti Çin Xalq Respublikasında səfərdədir. ADY sədri Rövşən Rüstəmov Çinin “CRRC Ziyang Co., Ltd” şirkətinin rəhbəri Çen Çjisinlə görüşüb.

Söhbət zamanı “Azərbaycan Dəmir Yolları”nın lokomotiv parkının yenilənməsi, yük və sərnişin daşımaları üzrə hərəkət tərkibinin texniki imkanlarının artırılması, beynəlxalq nəqliyyat dəhlizləri ilə artan yük daşımaları üzrə çevik və təhlükəsiz xidmət göstərilməsi, eləcə də ADY ilə “CRRC Ziyang Co., Ltd.” arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Qeyd olunub ki, Azərbaycanın beynəlxalq nəqliyyat-logistika zəncirində rolunun artması, ölkə ərazisindən keçən Şimal-Cənub və Şərq-Qərb istiqamətləri üzrə daşımaların strateji əhəmiyyəti dəmir yolu infrastrukturunun, o cümlədən lokomotiv parkının müasir tələblərə uyğun inkişafını zəruri edir. ADY yük əməliyyatlarının daha etibarlı, təhlükəsiz və dayanıqlı şəkildə həyata keçirilməsi üçün lokomotiv parkının yenilənməsinə və genişləndirilməsinə xüsusi diqqət ayırır, bu sahədə Çin şirkətləri, o cümlədən “CRRC Ziyang” şirkəti ilə əməkdaşlığa xüsusi önəm verir.

Bildirilib ki, ADY ilə “CRRC Ziyang” arasında 7 ədəd yeni yük lokomotivinin alışı barədə ötən il imzalanmış müqaviləyə əsasən, lokomotivlərin sentyabr ayında Azərbaycana çatdırılması nəzərdə tutulur. Tərəflər növbəti mərhələdə sifariş olunacaq 14 lokomotivin alışı ilə bağlı danışıqlar aparıblar. ADY nümayəndə heyəti 7 lokomotivin istehsal prosesinin son mərhələsi ilə tanış olub, bir sıra texniki məsələlər barədə fikir mübadiləsi aparılıb. Qabaqcıl texnologiyalarla təchiz olunmuş AC50 tipli magistral lokomotivləri Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə yük daşımalarında istifadə olunacaq.

Görüş çərçivəsində həmçinin ADY ilə “CRRC Ziyang” şirkəti arasında 4 ədəd yeni magistral sərnişin lokomotivinin alışı haqqında müqavilə imzalanıb. Lokomotivlərin 2027-ci il ərzində Azərbaycana çatdırılması nəzərdə tutulur. Yeni sərnişin lokomotivləri xüsusilə uzaq məsafələrə daşımalarda xidmət keyfiyyətinin və sərnişin məmnuniyyətinin daha da yüksəldilməsinə imkan verəcək.

M.YAQUBZADƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 İyun 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see353

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see345

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see281

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see277

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see274

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see270

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see266

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see265

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see251

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see217

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see217

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see215

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see212

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see211

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see209

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see208

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see207

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri