Dəmir yolu işçiləri tətil edirlər
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İtaliyanın “FS Italiane” milli dövlət dəmir yolu holdinqinin “FS Group”, “Trenitalia”, “Trenitalia Tper” və “Trenord” şirkətlərinin işçiləri 24 saatlıq milli tətil edirlər.
Avtosfer.az xəbər verir ki, həmkarlar ittifaqlarının qərarı ilə dəmir yolu işçiləri fevralın 22-də axşam saat 21:00-dan bazar günü saat 21:00-dək tətil ediblər.
Tətil ölkə üzrə dəmir yolu nəqliyyatının hərəkətinə mənfi təsir göstərib. Bəzi şəhərlərarası və regional qatar reysləri ləğv edilib, uzunmüddətli gecikmələr qeydə alınıb. Böyük şəhərlərdə mərkəzi qatar stansiyalarında sərnişin sıxlığı yaranıb.
Sərnişinlərə stansiyalara getməzdən əvvəl məlumatları dəqiqləşdirmək və mümkün olduqda səfərlərin vaxtını dəyişdirmək tövsiyə edilib.
Baxış sayı:113
Bu xəbər 24 Fevral 2025 20:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















