Icma.az
close
up
RU
Dəmir Yolu turizmlə əməkdaşlıq qurur

Dəmir Yolu turizmlə əməkdaşlıq qurur

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycan Dəmir Yolları” QSC ilə Azərbaycan Turizm Bürosu arasında turizm sahəsində əməkdaşlığa dair saziş imzalanıb. Sənədi ADY-nin sədr müavini Arif Ağayev və ATB İdarə Heyətinin sədr müavini Rəşad Əliyev imzalayıblar.

Saziş çərçivəsində turizmdə əlçatanlıq və infrastrukturun inkişafı, turizm məhsulları və təcrübələrin təkmilləşdirilməsi, rəqəmsallaşma və marketinq sahələrində birgə fəaliyyət nəzərdə tutulur. Əməkdaşlıq, həmçinin turizm sənayesinin inkişafı və keyfiyyət standartlarının artırılmasını hədəfləyir.

ADY sədrinin müavini Arif Ağayev bildirib ki, saziş çərçivəsində müəyyənləşdirilmiş istiqamətlərin keyfiyyətli icrası üçün hər iki qurum koordinasiyalı fəaliyyət göstərəcək. O, həmçinin əməkdaşlığın regionlarda turizmin əlçatanlığını artıracağını, turizm sektorunun müxtəlif sahələrinin bir-biri ilə daha sıx əlaqələndiriləcəyini və yeni iş yerlərinin yaradılmasına töhfə verəcəyini vurğulayıb.

Birgə fəaliyyət planına əsasən, dəmiryol stansiyalarında turizm məlumat məntəqələri və lövhələrinin quraşdırılması, turizm resursları barədə məlumatlılığın artırılması və bu məlumatların daha əlçatan edilməsi planlaşdırılır. Eyni zamanda, regionlarda turist axınının rahatlığını təmin etmək məqsədilə qrup biletlərinin əlçatan edilməsi də nəzərdə tutulur.

Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Rəşad Əliyev qeyd edib ki, bu tərəfdaşlıqla dayanıqlı turizmin inkişafına, regionlara səyahətin asanlaşdırılmasına və turistlərə unudulmaz təcrübələrin təqdim olunmasına töhfə vermək hədəflənir. Əməkdaşlıq çərçivəsində turizm sənayesi nümayəndələri ilə mütəmadi görüşlər, korporativ əməkdaşlığın genişləndirilməsi və qatar marşrutlarının tanıtımına dair çəkilişlərin təşkili də planlaşdırılır.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov çıxışında sazişin əhəmiyyətindən danışıb. O bildirib ki, bu saziş, sadəcə iki qurum arasında sənəd mübadiləsi deyil, həm də ölkəmizin turizm və nəqliyyat infrastrukturunun daha sistemli şəkildə inkişaf etdirilməsi yolunda atılan önəmli addımdır.

Deputat vurğulayıb ki, belə təşəbbüslər Azərbaycanın regional və beynəlxalq nəqliyyat dəhlizlərində rolunu daha da gücləndirəcək, eləcə də turizm potensialının reallaşdırılmasına mühüm töhfə verəcək.

Qeyd edək ki, ADY Abşeron dairəvi, Bakı–Qəbələ, Bakı–Balakən və Bakı–Qazax kimi əsas marşrutlar üzrə sərnişindaşımalarını həyata keçirir və bu marşrutların tanıdılması məqsədilə tanıtım materiallarının yerli və beynəlxalq auditoriyaya təqdim olunması, həmçinin ADY-nin rezervasiya platformasının Azerbaijan.travel saytına inteqrasiyası və sistemlərin birgə işi nəzərdə tutulan fəaliyyətlər sırasındadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 İyun 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri