Icma.az
close
up
RU
Çindən Azərbaycana “dəmir yolu dəniz dəmir yolu” körpüsü

Çindən Azərbaycana “dəmir yolu dəniz dəmir yolu” körpüsü

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Çinlə Bakı arasında yeni “dəmir yolu – dəniz – dəmir yolu” marşrutu istifadəyə verilib. Yeni marşrutla ilk qatar iyunun 30-da Pekinin Fanşan rayonundakı stansiyadan yola düşüb. 

Çin Dövlət Dəmir Yolu Korporasiyası Pekin şöbəsinin məlumatına əsasən, qatar ümumi dəyəri 15 milyon yuandan çox (təxminən 2,093 milyon ABŞ dolları) olan avtomobil ehtiyat hissələri və mexaniki avadanlıqlarla yüklənmiş 104 standart konteynerdən ibarətdir. Bildirilib ki, qatar Sincan-Uyğur Muxtar Rayonundakı Xorqos keçid məntəqəsindən keçərək Qazaxıstanın Aktau Xəzər limanına gedəcək. Daha sonra yüklər dəniz yolu ilə Ələt limanına, oradan isə dəmir yolu ilə Bakıya çatdırılacaq.

Xatırladaq ki, “dəmir yolu – dəniz – dəmir yolu” multimodal sxemi üzrə həyata keçirilən marşrutun ümumi uzunluğu 8 min kilometrdən çoxdur və çatdırılma müddəti təxminən 15 gün təşkil edəcək. Bakıya çatdıqdan sonra konteynerlerin bir hissəsi Gürcüstan, Türkiyə, Serbiya və regionun digər ölkələrinə yönləndiriləcək. 

Çin Dövlət Dəmir Yolu Korporasiyasından bildirilib ki, yeni marşrutun açılması Pekin və ətraf regionların müəssisələri üçün rahat və səmərəli logistika kanalı yaradır. Bu, logistika xərclərini azaltmağa, ixrac potensialını artırmağa və Çinin Azərbaycan və regionun digər ölkələri ilə ticari-iqtisadi əlaqələrini gücləndirməyə imkan verəcək.

Fanşan Beynəlxalq Quru Limanı İdarəetmə Şirkətinin baş direktoru Van Çuanmenin sözlərinə görə, marşrut Çin – Avropa qlobal nəqliyyat şəbəkəsinin cənub qolu olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) tərkibinə daxildir. “Multimodal prinsipin istifadəsi ənənəvi dəniz logistikası ilə müqayisədə çatdırılma müddətini əhəmiyyətli dərəcədə azaltmağa və Xəzər regionu, Qara dəniz və Aralıq dənizi hövzəsi ölkələri, həmçinin Mərkəzi, Şərqi və Qərbi Avropa daxil olmaqla əhatə coğrafiyasını genişləndirməyə imkan verir”, – deyə o vurğulayıb. 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) bununla bağlı açıqlamasında bildirilir ki, yeni marşrutun istifadəyə verilməsi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) dayanıqlı inkişafını və Bakı Limanının strateji nəqliyyat qovşağı kimi rolunu bir daha ön plana çıxarır. Eyni zamanda, bu marşrut Orta Dəhlizi gücləndirməklə, şimal və dəniz yollarına alternativ olan daha sürətli və dayanıqlı nəqliyyat imkanları təqdim edir.

 “Qlobal ticarətdə çevik və etibarlı logistika yollarına ehtiyacın artdığı bir dövrdə Avrasiyanın kəsişməsində yerləşən Bakı Limanı Şərq – Qərb istiqamətində nəqliyyat əlaqələrini asanlaşdıran, iqtisadi inkişafı təşviq edən və regionun qlobal təchizat zəncirindəki rolunu möhkəmləndirən əsas giriş nöqtəsinə çevrilir. Azərbaycan üçün əsas strateji tranzit dəhlizi olan Orta Dəhliz Şərqdən Qərbə və əks istiqamətdə yüklərin daşınmasını təmin edir. ADY 2017-ci ildən bu dəhlizin fəal iştirakçısı və qurucularından biridir. Azərbaycan tərəfi, həmçinin dəhlizin şaxələndirilməsi və alternativ marşrutların formalaşdırılması sahəsində əsas təşəbbüskar rolunu oynayır”, – deyə məlumatda bildirilir.

Yeri gəlmişkən, 2024-cü ildə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həcmi 62 faiz artaraq 4,5 milyon tona çatıb. Cari ildə bu həcmin 5,2 milyon tona qədər artacağı gözlənilir. Bunun isə 4,2 milyon tonu marşrutda iştirak edən ölkələrdən keçəcək. Həmin həcmin 2,5 milyon tonu quru yük (96 min TEU ekvivalenti), 1,7 milyon tonu isə neft olacaq.

Marşrutun ötürücülük qabiliyyəti 2027-ci ilə qədər ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastruktura əlavə investisiyaların cəlb edilməsi üçün davamlı zəmin yaradacaq. Çin Azərbaycan ərazisi ilə Avropaya yeni yükdaşıma xətti çərçivəsində ilk qatarı göndərib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 İyul 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri