Dəmir yolu vağzalları yenilənəcək
Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qazaxıstanda bütün regionlarında 125 dəmir yolu stansiyasının yenidən qurulması işlərinə başlanılıb.
Newscenter.az "Sputnik Qazaxəstan"a istinadən bildirir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, modernləşdirmə və yenidənqurma işləri çərçivəsində stansiya binalarında bərpa və təmir işləri aparılacaq, o cümlədən mühəndis sistemləri yenilənəcək. Təmir işləri başa çatdıqdan sonra stansiyaların ötürmə qabiliyyətinin artacağı, müasir gözləmə otaqları, internet, informasiya sistemləri və xüsusi xidmətlərin meydana çıxacağı gözlənilir.
Qazaxıstanlılar və xarici qonaqlar arasında yüksək tələbat olan turizm məkanlarında yerləşən 21 dəmir yolu vağzalı da təmir edilib. Böyük şəhərlərdəki vağzallarla yanaşı, qəsəbələrdə və ucqar ərazilərdə yerləşən obyektlər də yenilənəcək.
Bu layihələrin icrası zamanı yerli materiallardan istifadəyə üstünlük veriləcək. Bu, yerli iqtisadiyyatın inkişafına töhfə verəcək və yerli istehsalçılara dəstək olacaq.
Mehman Mehdiyev
Bu mövzuda digər xəbərlər:Abşeron dairəvi dəmir yolu üzrə üç xətt yenilənəcək
28 Yanvar 2026 18:44
Çindən Azərbaycana “dəmir yolu dəniz dəmir yolu” körpüsü
02 İyul 2025 09:51
Macarıstan vağzalları rekonstruksiya edir
12 Avqust 2025 22:58
Horadiz Ağbənd dəmir yolu Naxçıvanın “dəmir qapı”sı
25 Yanvar 2025 12:13
Baxış sayı:110
Bu xəbər 14 Aprel 2025 23:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















