Icma.az
close
up
RU
“Dəmir yolu”nda pulunun kəsilməsinə etiraz edən şöbə rəisi işdən çıxarılıb, məhkəmə bərpa elədi...

“Dəmir yolu”nda pulunun kəsilməsinə etiraz edən şöbə rəisi işdən çıxarılıb, məhkəmə bərpa elədi...

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

“Azərbaycan Dəmir Yolları” QSC-nın Sərnişin daşımaları departamentində Planlaşdırma və icraya nəzarət şöbəsinin keçmiş rəisi bildirir ki, iş yerində onlara çatası pulun kəsilməsinə etiraz etdiklərinə görə cəzalandırılıblar. Onun sözlərinə görə, qanunsuz olaraq, işdən çıxarılıblar.

Bizimyol.info xəbər verir ki, keçmiş şöbə rəisi işə bərpa tələbi ilə məhkəmədə iddia qaldırıb. O bildirib ki, uzun illərdir dəmiryolunda çalışır, bu müddətdə mükafatlara layiq görülüb.

Rəhbərlik etdiyi şöbədə işləyən Azad Ağayev ona deyib ki, onun 236 manat mükafat pulunu kəsiblər: “Buna aydınlıq gətirmək üçün şöbənin işçiləri ilə birlikdə Departamsntin rəisi Azər Fərəcovun yanına qalxdıq. Orada heç bir qanuna zidd hərəkət etməmişik. Sadəcə, danışıqlar yolu ilə məsələyə aydınlıq gətirmək istəmişik. Departamentin rəisi Azər Fərəcov ucadan qışqırırdı. Bizi otaqdan qovdu. İdarənin mühafizəçilərini çağırdı. Bu zaman məcbur olub “102”yə zəng elədim. Nəqliyyatda Polis İdarəsinin əməkdaşları həmin yerə gəldi. Bəzi araşdırmalar apardı, bununla da söhbət bağlandı”.

Onun sözlərinə görə, bir müddət sonra Nəqliyyatda Baş Polis İdarəsinə çağırıblar. Onlara məlum olub ki, “Azərbaycan Dəmir Yolları” QSC-nm sədr müavininin şikayəti əsasında onları çağırıblar. Orada onların haqqında İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunub və 50 manat cərimə kəsilib. Daha sonra Əmək Məcəlləsinin 70 “ç” maddəsi ilə vəzifəsindən azad edilib.

“Azərbaycan Dəmir Yolları” QSC isə bu iddia ilə razılaşmır. Bu qurumun nümayəndəsi iddia edir ki, keçmiş şöbə rəisi haqsızdır. O, Departament rəisi Azər Fərəcovun otağında ona qarşı qeyri-etik hərəkətlərə yol verib: “Mobil telefonla qarşı tərəfin razılığı olmadan audio və video qeydiyyat aparıb, yüksək səs tonu ilə danışaraq, departament rəisinə qarşı qeyri-etik ifadə və hərəkətlərə yol verib. Ona xidməti otaqdan getməsi bildirilsə də o, xidməti otağı uzun müddət tərk etməyərək, departament rəisinin iş rejimini pozub. Görülməli olan işlərin keyfiyyətli və vaxtında icra edilməsinə ciddi maneə törədib. Yalnız polis əməkdaşlarının müdaxiləsi nəticəsində xidməti otağı tərk edib”. Lakin məhkəmə araşdırmalardan sonra keçmiş şöbə rəisinin haqlı olduğu qənaətinə gəlib və onun xeyrinə qərar çıxarıb. Qərar verilib ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin əmri ləğv edilsin, o, Sərnişin Daşımaları Departamentində Planlaşdırma və İcraya Nəzarət şöbəsinin rəisi vəzifəsinə bərpa edilsin.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Sentyabr 2025 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see253

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see240

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see198

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see189

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see189

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see186

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see175

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see163

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see157

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see147

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see133

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see132

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see131

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see131

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see129

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see128

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see124

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see122

Bakıda “Azerbaijan Fashion Week”in 19 cu mövsümü keçirilib

10 Dekabr 2025 07:30see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri